Təhsil, Təcrübə, Biliklər və s ilə bağlı TƏLƏBLƏR.
Tələb olunan Təhsil və təcrübə:
- “Mexanika Mühəndisi” ixtisası üzrə Ali təhsil.
- “Mexanik Mühəndisi” vəzifəsinə namizədin İSO standartlarına və ERP sisteminə uyğun işini təşkil edən şirkətdə bu ixtisas üzrə ən az 2 il (fasiləsiz) iş təcrübəsi olmalı (Beynəlxalq şirkətdə işləyənlərə üstünlük verilir).
Tələb olunan Kompüter bilikləri:
- Word, Excel, PowerPoint, Outlook, Autocad ve s. proqramlarda sərbəst işləməyi, o cümlədən
- Kompüterdə sürətli işləməyi bacarmalı.
Tələb olunan dil bilikləri:
- Azərbaycan dili – C1
- İngilis dili – C1
- Rus dili – B2
Tələb olunan Bacarıqlar:
- Mexaniki layihə və işçi sənədlərinin müstəqil işləmək;
- Layihələndirmə üçün texniki tapşırıqları və texniki hesabatları hazırlanmaq;
- Əlaqədər departamentlər üçün mühəndis-texniki tapşırıqların hazırlanması və alınması;
- Texniki tapşırıqların hazırlanması, avadanlıq və material seçimləri daxil olmaqla, konsepsiyadan işçi sənədlərinin hazırlanmasınadək, layihələndirmənin bütün mərhələlərinin icra olunması;
- Bütün mühəndis bölmələrinin (isitmə-ventilyasiya, Su-Kanalizasiya, Elektrik avadanlıqları və materiallar) konstruktiv, memarlıq, texnoloji və digər həllərlə əlaqələndirilmək;
- Subpodrat təşkilatlar tərəfindən hazırlanan sənədləri yoxlamaq.
Əmək Şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş rejimi: 5 günlük iş həftəsi.
- İşçi geyimi ilə təmin olunma.
- Nahar yeməyi ilə təmin olunma.
Əmək Haqqı:
- Əmək haqqı ayda iki dəfə, 15 gündən bir ödənilir.
- Əmək haqqı məbləği vakantın təhsili, təcrübəsi və iş stajına görə təklif olunacaqdır.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini (Azərbaycan dilində) tövsiyə məktubları ilə birgə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına mövzu yerinə “Mexanika mühəndisi” yazaraq göndərilməsi xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.