Qrafik Dizayner

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Qrafik Dizayner

  • Deadline 1 Oktyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Tələb olunan təhsil və təcrübə:

  • Qrafik dizayn, vizual kommunikasiya sahələri ilə əlaqəli ali təhsil;
  • Reklam materialları, çap və rəqəmsal dizayn sahəsində ən az 3 il iş təcrübəsi (beynəlxalq şirkətdə işləyənlərə üstünlük verilir);
  • İnşaat və ya sənaye sektoru üçün dizayn işlərində təcrübəsi olanlara üstünlük verilir.

Tələb olunan kompüter bilikləri:

  • Adobe Creative Suite proqramlarını yüksək səviyyədə bilməli:
  • Adobe InDesign – Buklet və broşura tərtibatı;
  • Adobe Illustrator – Vektor qrafikası və loqotip dizaynı;
  • Adobe Photoshop – Şəkil redaktəsi və keyfiyyətin artırılması;
  • CorelDRAW, Figma və Canva kimi alternativ dizayn proqramlarında işləmək bacarığı üstünlükdür;
  • Çap və rəqəmsal dizayn sahəsində texniki biliklərə malik olmalı (CMYK və RGB rəng modelləri, çap keyfiyyəti, format uyğunluğu və s.).

Tələb olunan dil bilikləri:

  • Azərbaycan dili - C1
  • İngilis dili – B2
  • Rus dili – B2

Tələb olunan bacarıqlar:

  • Şirkətin brend kitabçasına uyğun vizual materialların hazırlanması;
  • Çap və rəqəmsal reklam materiallarının dizaynı (bukletlər, kataloqlar, sosial media postları, bannerlər və s.);
  • Tipoqrafiya, rəng uyğunluğu və qrafik kompozisiya prinsiplərini bilməli;
  • Loqotip, ikon və infoqrafika dizaynı üzrə bacarıqlı olmalı;
  • Çap prosesi və poliqrafiya tələbləri barədə biliklərə malik olmalı;
  • Sürətli işləmə və tapşırıqları vaxtında yerinə yetirmək bacarığı.
  • Süni intellektlə işləməyi bacarmalıdır.

Əmək şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • İş rejimi: 5 günlük iş həftəsi;
  • Yarımştar və ya Kənardan çalışmaq imkanları da var.

Əmək haqqı:

  • Əmək haqqı məbləği namizədin təhsili, təcrübəsi və iş stajına görə təklif olunacaqdır.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini (Azərbaycan dilində) tövsiyə məktubları ilə birgə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu yerinə “Qrafik Dizayner” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

  • Daily145
  • Weekly486
  • Monthly486