Korporativ Biznes Platformaları üzrə Kiçik Mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Korporativ Biznes Platformaları üzrə Kiçik Mütəxəssis

  • Deadline 30 September 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Müəssisə biznes platformalarının texniki mühitini dəstəkləmək və idarə etmək;
  • Platformaların texniki mühitini sazlamaq, monitorinq etmək, yaranan problemləri araşdırmaq və aradan qaldırmaq;
  • Sistemləri quraşdırmaq, konfiqurasiya etmək, yeniləmək və texniki xidmətini həyata keçirmək;
  • Əməliyyat sistemləri, verilənlər bazaları, şəbəkə və tətbiq komponentləri arasında qarşılıqlı əlaqəni təhlil etmək;
  • Sistem və tətbiq loglarını (jurnallarını) təhlil etmək və texniki problemlərin ilkin diaqnostikasını aparmaq;
  • Backup (ehtiyat nüsxələmə) və recovery (bərpa) proseslərinin texniki prinsiplərini tətbiq etmək və onların düzgün işləməsini yoxlamaq;
  • Gündəlik texniki xidmət və monitorinq tapşırıqlarını icra etmək;
  • Təkrarlanan əməliyyatları avtomatlaşdırmaq və sadə skriptlərin hazırlanmasında iştirak etmək;
  • Texniki sənədlərin, prosedurların və əməliyyat qeydlərinin hazırlanmasında iştirak etmək;
  • SAP mühitinin inzibatçılığı ilə bağlı texniki tapşırıqları yerinə yetirmək və SAP Basis (SAP sistemlərinin texniki inzibatçılığı) istiqamətində inkişaf etmək.

Tələblər:

  • Kompüter Elmləri və ya Kompüter Mühəndisliyi üzrə Bakalavr dərəcəsi;
  • Şəbəkə texnologiyalarının əsas prinsiplərini anlamaq: TCP/IP, IP ünvanlaşdırma, subnetting, DNS, portlar  və əsas şəbəkə protokolları;
  • Linux əməliyyat sisteminin əsas anlayışları və komandaları barədə bilik, proseslər, servislər, fayl sistemləri, istifadəçilər və giriş hüquqları kimi Linux sistem inzibatçılığı anlayışlarını başa düşmək. əməliyyat  sistemləri ilə praktiki təcrübə;
  • Relational Database prinsipləri və SQL üzrə əsas anlayışlara üstünlük verilir, backup və recovery  prinsipləri və əsas backup növləri barədə anlayış;
  • Tətbiqlərin və onların əməliyyat sistemi, şəbəkə və verilənlər bazası ilə qarşılıqlı əlaqəsinin  əsas prinsiplərini başa düşmək;
  • Sistem Administration sahəsində təcrübə arzuolunandır;
  • Güclü problem həll etmə, analiz bacarıqları, texniki problemlərin araşdırılması, səbəb-nəticə əlaqələrinin müəyyənləşdirilməsi və analitik yanaşma bacarığı;
  • Yeni texnologiyaları müstəqil öyrənmək və texniki sənədlərlə işləmək və mənimsəmək bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Azərbaycan dilini səlis, İngilis dilini əla, Rus dilini orta bilməli;

Təminatlar:

  • Tibbi sığorta təminatı
  • Nahar təminatı
  • Peşəkar təlim və sertifikasiya proqramlarında iştirak imkanı
  • Xaricdə təhsil və peşəkar inkişaf proqramlarında iştirak imkanı
  • İdman və sağlamlıq proqramlarından yararlanmaq imkanı

 Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly635
  • Monthly1726