Vəzifə öhdəlikləri:
- Müəssisə biznes platformalarının texniki mühitini dəstəkləmək və idarə etmək;
- Platformaların texniki mühitini sazlamaq, monitorinq etmək, yaranan problemləri araşdırmaq və aradan qaldırmaq;
- Sistemləri quraşdırmaq, konfiqurasiya etmək, yeniləmək və texniki xidmətini həyata keçirmək;
- Əməliyyat sistemləri, verilənlər bazaları, şəbəkə və tətbiq komponentləri arasında qarşılıqlı əlaqəni təhlil etmək;
- Sistem və tətbiq loglarını (jurnallarını) təhlil etmək və texniki problemlərin ilkin diaqnostikasını aparmaq;
- Backup (ehtiyat nüsxələmə) və recovery (bərpa) proseslərinin texniki prinsiplərini tətbiq etmək və onların düzgün işləməsini yoxlamaq;
- Gündəlik texniki xidmət və monitorinq tapşırıqlarını icra etmək;
- Təkrarlanan əməliyyatları avtomatlaşdırmaq və sadə skriptlərin hazırlanmasında iştirak etmək;
- Texniki sənədlərin, prosedurların və əməliyyat qeydlərinin hazırlanmasında iştirak etmək;
- SAP mühitinin inzibatçılığı ilə bağlı texniki tapşırıqları yerinə yetirmək və SAP Basis (SAP sistemlərinin texniki inzibatçılığı) istiqamətində inkişaf etmək.
Tələblər:
- Kompüter Elmləri və ya Kompüter Mühəndisliyi üzrə Bakalavr dərəcəsi;
- Şəbəkə texnologiyalarının əsas prinsiplərini anlamaq: TCP/IP, IP ünvanlaşdırma, subnetting, DNS, portlar və əsas şəbəkə protokolları;
- Linux əməliyyat sisteminin əsas anlayışları və komandaları barədə bilik, proseslər, servislər, fayl sistemləri, istifadəçilər və giriş hüquqları kimi Linux sistem inzibatçılığı anlayışlarını başa düşmək. əməliyyat sistemləri ilə praktiki təcrübə;
- Relational Database prinsipləri və SQL üzrə əsas anlayışlara üstünlük verilir, backup və recovery prinsipləri və əsas backup növləri barədə anlayış;
- Tətbiqlərin və onların əməliyyat sistemi, şəbəkə və verilənlər bazası ilə qarşılıqlı əlaqəsinin əsas prinsiplərini başa düşmək;
- Sistem Administration sahəsində təcrübə arzuolunandır;
- Güclü problem həll etmə, analiz bacarıqları, texniki problemlərin araşdırılması, səbəb-nəticə əlaqələrinin müəyyənləşdirilməsi və analitik yanaşma bacarığı;
- Yeni texnologiyaları müstəqil öyrənmək və texniki sənədlərlə işləmək və mənimsəmək bacarığı;
- Komandada işləmək bacarığı;
- Azərbaycan dilini səlis, İngilis dilini əla, Rus dilini orta bilməli;
Təminatlar:
- Tibbi sığorta təminatı
- Nahar təminatı
- Peşəkar təlim və sertifikasiya proqramlarında iştirak imkanı
- Xaricdə təhsil və peşəkar inkişaf proqramlarında iştirak imkanı
- İdman və sağlamlıq proqramlarından yararlanmaq imkanı
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.