Sofcon Group olaraq Satınalma komandamızı genişləndiririk. Bu istiqamətdə inkişaf etmək və peşəkar təcrübə qazanmaq istəyən namizədləri Satınalma üzrə kiçik mütəxəssis vəzifəsinə müraciət etməyə dəvət edirik.
Vəzifə öhdəlikləri:
- Satınalma sifarişlərinin qəbulu və icrasında iştirak etmək;
- Potensial təchizatçıların araşdırılması və uyğun təkliflərin toplanmasını həyata keçirmək;
- Qiymət təkliflərini müqayisə etmək və müvafiq hesabatları hazırlamaq;
- Təchizatçılarla yazılı və şifahi danışıqlar aparmaq;
- Satınalma sənədlərinin hazırlanması və sistemləşdirilməsində iştirak etmək;
- Sifarişlərin icra vəziyyətini izləmək və aidiyyəti şəxslərə məlumat vermək;
- Texniki heyət və digər struktur bölmələrlə koordinasiyalı şəkildə çalışmaq.
Namizədə tələblər:
- Yaş: 21–30;
- Qadın və bəy namizədlər;
- Mühəndislik və ya əlaqəli ixtisaslar üzrə ali təhsil;
- Satınalma və ya əlaqəli sahədə 1 ilədək iş təcrübəsi arzuolunandır;
- Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı;
- İngilis dili – C1 səviyyəsində sərbəst danışıq bacarığı (mütləqdir);
- Rus dili – əla səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı;
- MS Office proqramlarında işləmək bacarığı;
- Texniki heyətlə effektiv ünsiyyət qurmaq bacarığı;
- Operativlik, dəqiqlik və yüksək məsuliyyət hissi;
- Komandada işləmək bacarığı;
- Satınalma sahəsində inkişaf etməyə və öyrənməyə yüksək motivasiya.
İş şəraiti:
- İş yeri: Caspian Plaza, Sofcon Group;
- İş qrafiki: 5 günlük qrafik;
- İş saatları: 09:00–18:00;
- Əməkhaqqı: namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən ediləcək.
Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Satınalma üzrə kiçik mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.