Korporativ Satış Mütəxəssisi (Kibertəhlükəsizlik)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Korporativ Satış Mütəxəssisi (Kibertəhlükəsizlik)

  • Deadline 21 Noyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş yeri: Bakı şəhəri

İş rejimi: Tam iş günü

Vəzifə haqqında

  • İT sahəsində satış təcrübəsi olan, korporativ müştərilərlə işləmək və kibertəhlükəsizlik həllərinin satışını həyata keçirmək istəyən namizədləri müraciət etməyə dəvət edirik.

Əsas vəzifə öhdəlikləri

  • Yeni korporativ müştərilərin cəlb edilməsi və biznes əlaqələrinin qurulması;
  • Potensial müştərilərin ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun kibertəhlükəsizlik həllərinin təqdim edilməsi;
  • Müştərilərlə görüşlərin və məhsul təqdimatlarının keçirilməsi;
  • Kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi;
  • Satış prosesinin bütün mərhələlərinin idarə olunması və müştərilərlə müntəzəm əlaqənin saxlanılması;
  • Mövcud müştərilərlə əməkdaşlığın inkişaf etdirilməsi və yeni satış imkanlarının müəyyənləşdirilməsi;
  • Satış hədəflərinə nail olunması və müştəri məmnuniyyətinin təmin edilməsi.

Namizədə dair tələblər

  • İT sahəsində satış təcrübəsi;
  • B2B satış və korporativ müştərilərlə iş bacarığı;
  • Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;
  • Müştəri ehtiyaclarını təhlil etmək və uyğun həllər təklif etmək bacarığı;
  • Nəticəyönümlülük, təşəbbüskarlıq və məsuliyyətlilik;
  • Komandada işləmək və müstəqil fəaliyyət göstərmək bacarığı;
  • Yeni texnologiyaları öyrənməyə və biliklərini inkişaf etdirməyə həvəs.

Üstünlük hesab olunur:

  • Kibertəhlükəsizlik həlləri, proqram təminatı və ya digər İT məhsullarının satışında təcrübə;
  • Korporativ müştərilərlə uzunmüddətli işgüzar münasibətlərin qurulması üzrə təcrübə.

Təklif olunur

  • Sabit əməkhaqqı və satış nəticələrinə əsaslanan bonus sistemi;
  • Məhsul və həllər üzrə təlimlər;
  • Texniki komandanın dəstəyi;
  • Peşəkar inkişaf və karyera imkanları.

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily116
  • Weekly448
  • Monthly1866