Vəzifə öhdəlikləri:
- Şirkətə daxil olan və çıxan sənədlərin qeydiyyatını, reyestrını və nəzarətini həyata keçirmək;
- Kargüzarlıq işlərinin təşkili, məktubların icrası;
- Şirkətin sənəd dövriyyəsi sisteminin effektiv işləməsinə nəzarət etmək və təkmilləşdirilməsi üzrə təkliflər vermək;
- Sənədlərin arxivlənməsi, rahat əldə olunması və təhlükəsizlik qaydalarına uyğun saxlanılmasını təmin etmək;
- Ofis ehtiyaclarının (ləvazimatlar, ərzaqlar və s.) təminatını həyata keçirmək və müvafiq hesabatları hazırlamaq;
- Rəhbərliyin verdiyi tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək;
Tələblər:
- Təhsil: Ali təhsil;
- Təcrübə: Müvafiq sahədə minimum iş təcrübəsi;
- Texniki bacarıqlar: MS Office proqramlarında işləmək bacarığı;
- Dil bilikləri: Azərbaycan və rus dillərində mükəmməl, ingilis dili biliyi üstünlükdür;
- Kargüzarlıq sahəsində normativ sənədlər və müvafiq qanunvericilik üzrə biliklər;
İş şəraiti:
- Dinamik iş mühitində peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
- Karyera yüksəlişi və inkişaf üçün geniş imkanlar;
- Təcrübə uğurla başa çatdıqdan sonra şirkət daxilində karyera yüksəlişi perspektivi.
Bu vəzifəyə müraciət etmək üçün xahiş olunur CV-nizi aşağıdakı elektron poçt ünvanına göndərəsiniz.
Tələblərə cavab verən bütün namizədlərdən müraciət formalarını/CV-lərini e-mail mövzu hissəsində “Sənədlərlə iş üzrə təcrübəçi” qeyd etməklə göstərilən ünvana göndərmələri xahiş olunur.