Komandamızı genişləndiririk və tibbi satış sahəsində çalışmaq, peşəkar əlaqələr qurmaq və satış nəticələrinə töhfə vermək istəyən Tibbi satış təmsilçisi axtarırıq.
Vəzifə öhdəlikləri
- Həkimlər və klinikalarla işgüzar əlaqələrin qurulması və inkişaf etdirilməsi;
- Məhsul və xidmətlərin təqdimatının həyata keçirilməsi;
- Satış planının icrası və müəyyən edilmiş hədəflərə nail olunması;
- Yeni müştərilərin cəlb edilməsi və mövcud müştəri bazasının inkişaf etdirilməsi;
- Bazar tendensiyalarının və rəqiblərin fəaliyyətinin təhlili;
- Həftəlik və aylıq fəaliyyət hesabatlarının hazırlanması və təqdim edilməsi.
Namizədə tələblər
- Tibb sahəsində iş təcrübəsi;
- Azərbaycan dilində səlis danışıq və rus dilində ünsiyyət bacarığı;
- Güclü kommunikasiya və danışıqlar aparmaq bacarığı;
- Effektiv münasibət qurmaq və onları idarə etmək bacarığı;
- Məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük;
- Satış hədəflərinə çatmaq üçün motivasiya və komanda ilə işləmək bacarığı.
Biz nə təklif edirik?
- Rəsmi əmək müqaviləsi;
- Sabit əməkhaqqı və nəticələrə əsaslanan bonus sistemi;
- Yanacaq və ya yol xərclərinin kompensasiyası;
- Peşəkar və karyera inkişafı imkanları;
- İnkişaf edən komandada çalışma fürsəti.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Tibbi satış təmsilçisi” qeyd etməyiniz xahiş olunur