Tibbi satış təmsilçisi

  • Истекает 13 ноябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Komandamızı genişləndiririk və tibbi satış sahəsində çalışmaq, peşəkar əlaqələr qurmaq və satış nəticələrinə töhfə vermək istəyən Tibbi satış təmsilçisi axtarırıq.

Vəzifə öhdəlikləri

  • Həkimlər və klinikalarla işgüzar əlaqələrin qurulması və inkişaf etdirilməsi;
  • Məhsul və xidmətlərin təqdimatının həyata keçirilməsi;
  • Satış planının icrası və müəyyən edilmiş hədəflərə nail olunması;
  • Yeni müştərilərin cəlb edilməsi və mövcud müştəri bazasının inkişaf etdirilməsi;
  • Bazar tendensiyalarının və rəqiblərin fəaliyyətinin təhlili;
  • Həftəlik və aylıq fəaliyyət hesabatlarının hazırlanması və təqdim edilməsi.

Namizədə tələblər

  • Tibb sahəsində iş təcrübəsi;
  • Azərbaycan dilində səlis danışıq və rus dilində ünsiyyət bacarığı;
  • Güclü kommunikasiya və danışıqlar aparmaq bacarığı;
  • Effektiv münasibət qurmaq və onları idarə etmək bacarığı;
  • Məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük;
  • Satış hədəflərinə çatmaq üçün motivasiya və komanda ilə işləmək bacarığı.

Biz nə təklif edirik?

  • Rəsmi əmək müqaviləsi;
  • Sabit əməkhaqqı və nəticələrə əsaslanan bonus sistemi;
  • Yanacaq və ya yol xərclərinin kompensasiyası;
  • Peşəkar və karyera inkişafı imkanları;
  • İnkişaf edən komandada çalışma fürsəti.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Tibbi satış təmsilçisi” qeyd etməyiniz xahiş olunur

  • Daily0
  • Weekly215
  • Monthly1073