Maneken Ustası (İstehsalat)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Maneken Ustası (İstehsalat)

  • Deadline 2 Dekabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Sophie Couture şirkəti istehsalat sahəsində çalışmaq üçün müştərilərin fərdi bədən ölçülərinə uyğun dərzi manekenlərinin hazırlanmasını həyata keçirəcək Maneken Ustası axtarır.

Vəzifə öhdəlikləri:

  • Müştərilərin fərdi bədən ölçülərinə uyğun dərzi manekenlərinin hazırlanması;
  • Verilmiş ölçülər əsasında manekenlərin forma və proporsiyalarının dəqiq qurulması;
  • Mövcud manekenlərin müştəri ölçülərinə uyğun dəyişdirilməsi və formalaşdırılması;
  • Manekenlərin hazırlanmasında istifadə olunan materiallarla işləmək;
  • Hazırlanmış manekenlərin ölçülərinin yoxlanılması və lazımi düzəlişlərin edilməsi;
  • İstehsalat komandası ilə koordinasiyalı işləmək.

Namizədə tələblər:

  • Əl işlərinə və texniki işlərə bacarıq;
  • Ölçülərlə dəqiq işləmək bacarığı;
  • Həcm, forma və bədən proporsiyalarını düzgün anlamaq;
  • Müxtəlif materiallarla işləmək bacarığı;
  • Dəqiqlik, diqqətlilik və məsuliyyətlilik;
  • Maneken hazırlanması, heykəltəraşlıq, modelləşdirmə və ya oxşar sahələrdə təcrübə üstünlükdür.

İş şəraiti:

  • İş qrafiki: 10:00–19:00
  • İş günləri: Bazar ertəsi – Şənbə
  • İstirahət günü: Bazar
  • Əməkhaqqı: Müsahibə əsasında müəyyən edilir.

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Maneken Ustası” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Əlaqə üçün nömrə +994102244535

  • Daily124
  • Weekly124
  • Monthly125