İş yeri: SOPHISS perfumery&cosmetics
Ərazi: Bakı, Azərbaycan
Vəzifə öhdəlikləri:
- Brend strategiyasının hazırlanması və həyata keçirilməsi.
- Yerli və xarici təchizatçılarla əməkdaşlıq və effektiv satınalma proseslərinin idarə edilməsi.
- Yeni brendlərin axtarışı və danışıqların aparılması.
- Satış planlarının hazırlanması və icrası, bazar araşdırmalarının həyata keçirilməsi.
- Müvafiq marketinq kampaniyalarının hazırlanması və icrasına nəzarət.
- Müqavilələrin hazırlanması və təchizat proseslərinin təkmilləşdirilməsi.
Tələblər:
- Brend menecmenti və satınalma sahəsində ən azı 3 illik iş təcrübəsi.
- Marketinq, biznesin idarə edilməsi və ya əlaqəli sahədə ali təhsil.
- Azərbaycan, ingilis və rus dillərində sərbəst danışıq bacarığı.
- Danışıqlar aparma və problem həll etmə qabiliyyəti.
- Gərgin iş mühitində səmərəli işləmə bacarığı.
Bizim təklifimiz:
- Rəqabətə davamlı əmək haqqı.
- Rahat iş mühiti və peşəkar inkişaf imkanları.
- Prestijli brendlərlə işləmə şansı.
Müraciət qaydası:
CV-nizi və müşayiət məktubunuzu qeyd edilmiş elektron poçt ünvanına göndərin və mövzu hissəsində “Brend və Satınalma üzrə Menecer” qeyd edin.