İş yeri: Bakı, SOPHISS Şirkəti
İş rejimi: Tam ştat, ofisdə (09:00–18:00)
SOPHISS — kosmetika və dəriyə qulluq məhsulları üzrə ixtisaslaşmış distribyutor və pərakəndə satış şəbəkəsidir. Hal-hazırda komandamıza Brend və Satınalma üzrə Mütəxəssis axtarırıq.
Vəzifə öhdəlikləri:
- Brendlər üzrə aylıq və illik satış planlarının hazırlanması
- Yerli və xarici tədarükçülərlə yazışmaların aparılması və məhsul sifarişlərinin təşkili
- Stok idarəetməsi: sifariş dövrlərinin, ehtiyat səviyyələrinin və tükənmə risklərinin analizi
- Rəqib və bazar analizlərinin aparılması
- Qiymət siyasətinin hazırlanması və mütəmadi yenilənməsi
- Hesabatların hazırlanması (satış, dövriyyə, stok qalıqları və s.)
Tələblər:
- Marketinq, biznes idarəçiliyi və ya əlaqəli sahə üzrə ali təhsil
- Brend və ya satınalma sahəsində minimum 1 il iş təcrübəsi (FMCG və ya kosmetika sahəsi üstünlükdür)
- Təchizat zənciri və stok idarəetməsi üzrə biliklər
- 1C və MS Office proqramlarında işləmə bacarığı
- Azərbaycan və ingilis dillərində yazılı və şifahi ünsiyyət bacarığı
- Rus dili biliyi üstünlükdür
- Analitik düşüncə, detallara diqqət və məsuliyyətlilik
Təklif etdiklərimiz:
- Kosmetika sahəsində dinamik və yaradıcı iş mühiti
- Xarici brendlərlə işləmək və peşəkar inkişaf imkanları
- Stabil əmək haqqı və bonus sistemi (maaş razılaşma yolu ilə)
Müraciət üçün:
CV-nizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərin. Mövzu hissəsində “Brend və Satınalma üzrə Mütəxəssis” qeyd etməyiniz xahiş olunur.