Brend və Satınalma üzrə Mütəxəssis

  • Истекает 4 март 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İş yeri: Bakı, SOPHISS Şirkəti
İş rejimi: Tam ştat, ofisdə (09:00–18:00)

SOPHISS — kosmetika və dəriyə qulluq məhsulları üzrə ixtisaslaşmış distribyutor və pərakəndə satış şəbəkəsidir. Hal-hazırda komandamıza Brend və Satınalma üzrə Mütəxəssis axtarırıq.

Vəzifə öhdəlikləri:

  • Brendlər üzrə aylıq və illik satış planlarının hazırlanması
  • Yerli və xarici tədarükçülərlə yazışmaların aparılması və məhsul sifarişlərinin təşkili
  • Stok idarəetməsi: sifariş dövrlərinin, ehtiyat səviyyələrinin və tükənmə risklərinin analizi
  • Rəqib və bazar analizlərinin aparılması
  • Qiymət siyasətinin hazırlanması və mütəmadi yenilənməsi
  • Hesabatların hazırlanması (satış, dövriyyə, stok qalıqları və s.)

Tələblər:

  • Marketinq, biznes idarəçiliyi və ya əlaqəli sahə üzrə ali təhsil
  • Brend və ya satınalma sahəsində minimum 1 il iş təcrübəsi (FMCG və ya kosmetika sahəsi üstünlükdür)
  • Təchizat zənciri və stok idarəetməsi üzrə biliklər
  • 1C və MS Office proqramlarında işləmə bacarığı
  • Azərbaycan və ingilis dillərində yazılı və şifahi ünsiyyət bacarığı
  • Rus dili biliyi üstünlükdür
  • Analitik düşüncə, detallara diqqət və məsuliyyətlilik

Təklif etdiklərimiz:

  • Kosmetika sahəsində dinamik və yaradıcı iş mühiti
  • Xarici brendlərlə işləmək və peşəkar inkişaf imkanları
  • Stabil əmək haqqı və bonus sistemi (maaş razılaşma yolu ilə)

Müraciət üçün:

CV-nizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərin. Mövzu hissəsində “Brend və Satınalma üzrə Mütəxəssis” qeyd etməyiniz xahiş olunur.

  • Daily90
  • Weekly623
  • Monthly630