Həkim SOS Uşaq Kəndində tərbiyə alan uşaqların sağlamlığının qorunmasına və yaxşılaşdırılmasına cavabdehdir.
Profiliniz:
- Tibbi sahə üzrə ali təhsil;
- Əlaqədar sahə üzrə minimum 5 il iş təcrübəsi;
- Uşaq hüquqları və uşaq müdafiəsi haqqında məlumatlılıq;
- Yüksək kommunikasiya bacarıqları;
- Kollektivdə çalışmaq və yardım etməyə hazır olmaq;
- Kompüter biliyi (MS Office);
Vəzifə və öhdəliklər:
- Tibbi sığortanın həyata keçirilməsinə dəstək göstərmək
- İlk tibbi yardım göstərmək
- Hər bir uşağın cədvəl üzrə peyvənd olunmasını təmin etmək
- Kəndin İnkişaf Planının hazırlanmasında iştirak etmək
- Uşaqların Fərdi İnkişaf Planının yazılmasında iştirak etmək
- İldə 2 dəfə uşaqların dispanserizasiyadan keçirilməsini təmin etmək
- Dispanser qeydiyyatında olan uşaqların aidiyyatı üzrə mütəxəssislərə yönəldilməsini təmin etmək
- İşçilərin tibbi müayinədən keçirilməsini təmin etmək
- Uşaqlar və işçilər arasında tibbi maarifləndirmə işinin aparılması
- Ailə evlərində sanitar-gigiyenik vəziyyətə nəzarət
- Uşaq Qəbulu Komissiyasının işində iştirak etmək
- Aylıq plan və hesabatların hazırlanması
- Hökumət qurumları ilə əməkdaşlığın gücləndirilməsi
- Kənddə sağlamlaşdırmaya dair tədbirlərin təşkili və keçirilməsi
- Ailələrdə qida rejiminə nəzarət
- Tibbi sənədləşmənin aparılması və saxlanılmasını təmin etmək
- İnfeksion xəstəliklər zamanı epidemiyaya qarşı tədbirlər görmək
- Yeni qəbul olunmuş uşaqların ilkin tibbi müayinəsi, kənar mütəxəssislərdə müayinəsini təmin etmək
- Tibbi sənədlərinin hazırlanması
İş şərtləri:
- Ərazi – Gəncə şəhəri, Azərbaycan bayrağı küçəsi (Əhməd Cəmil) 189;
- 808.42 AZN (vergilər daxil) əmək haqqı;
- 5 günlük iş həftəsi (09:00-18:00):
- Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun işçi qeydiyyatı.
Təklifimiz:
“SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası ictimai birliyi Beynəlxalq Təşkilatın nümayəndəliyi olaraq QHT mühitində öz işçilərinə geniş inkişaf imkanları yaradır.
Namizədliyinizi uyğun hesab edirsiniz? Müraciət ərizələrinizi/CV 31 yanvar 2025-ci il tarixədək “Gəncə SOS Uşaq Kəndi/Həkim” adlı başlıqla e-poçt ünvanına göndərməyinizi xahiş edirik.
Qeyd: Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır!