Vəzifə öhdəlikləri:
- Baş operator, rejissorlar, layihə koordinatorları və menecerlərlə əlaqə yaratmaq, cari məsələləri müzakirə etmək;
- İclaslarda iştirak etmək, cari planları və yeni layihələri müzakirə etmək, iş planı hazırlamaq;
- Cədvələ uyğun olaraq layihə çəkilislərini icra etmək;
- Videoların çəkilisi, kadrın qurulması: aktyorlar, rekvizit və məkanla işləmək - estetik baxımdan cəlbedici görüntülər yaratmaq;
- Video prevyuları və digər foto işlərin hazırlanmasında iştirak etmək;
- Rejissor olmadıqda çəkilis prosesinin idarə olunması;
- Çəkilis öncəsi referansları araşdırmaq və ya artıq çəkilmiş ideyanı təhlil etmək;
- Bacarıqlarını inkişaf etdirmək, yeni texnologiyalar və operatorluq sahəsindəki yenilikləri izləmək;
- İşıq avadanlıqları ilə işləmək, quraşdırmaq, işlədiyi avadanlıqlara nəzarət etmək;
- Nasaz avadanlıqlar haqda rəhbərliyə məlumat vermək;
- Görülmüş işlər barədə hesabat hazırlamaq;
- Zərurət olduqda digər inzibati tapşırıqları yerinə yetirmək.
Tələblər:
- Analoji vəzifədə 5 ildən az olmayaraq iş təcrübəsi;
- MS Office proqramlarının yaxşı bilikləri;
- Peşəkar kamera, təbii işıq və səslə ilə işləmə bacarığı;
- Zövq, kompozisiya hissi və yaradıcı düşünmə bacarığı;
- Gözəlliyi hiss edib onu kadrda ustalıqla əks etdirmə bacarığı;
- Komanda işi bacarığı, məsuliyyətlilik, peşəkar davranış.
Məşhur kanallarımızdan nümunəyə baxa bilərsiniz:
- Wilderness Cooking - https://www.youtube.com/c/WILDERNESSCOOKING
- Kanan Badalov - https://www.youtube.com/c/KananBadalovChannel/videos
Digər:
- İş qrafiki: 5\7
- Əmək haqqı müsahibə əsnasında təyin edilir;
- Qəbələdə yaşayış yeri, nahar və çəkiliş məkanına çatdırılma təmin olunur;
Tələblərə uyğun namizədlər mövzu hissəsində "Video operator" qeyd edərək, CV-ni elektron poçt ünvanına göndərə bilər.
Qeyd: Yalnız tələblərə uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.