S SOS Uşaq Kəndləri - Azərbaycan
  • 717

SOS Uşaq Kəndləri - Azərbaycan

Digər

Psixoloq

Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Psixoloq

  • Deadline 11 İyul 2024
Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Uşaq Kəndi Psixoloqu SOS Uşaq Kəndi Proqramlarında hər bir uşaq və gəncə psixoloji xidmətin göstərilməsi və onlarla iş prosesində yaranmış problemlərin həllində əsas qayğı işçilərinə köməklik etməyə məsuldur.

Profiliniz:

  • Psixologiya sahəsində ali təhsil;
  • Uşaq və ya gənclərlə iş sahəsində azı 3 illik iş təcrübəsi;
  • Məsləhət vermək və danışıqlar aparmaq bacarığı;
  • Sosial və təşkilati bacarıqlar;
  • Stressə davamlılıq;
  • Komandada işləmək istəyi və bacarığı;
  • Uşaq hüquqları və uşaq müdafiəsi haqqında məlumatlılıq;
  • Əlavə peşəyönümü təhsil (təlim, seminarlar);
  • Kompüter biliyi (MS Office);
  • Azərbaycan dili biliyi (Rus dilini bilən namizədlərə üstünlük verilir).

Vəzifə və öhdəliklər:

  • Uşaq qəbulu prosesində psixodiaqnostikanı həyata keçirmək;
  • Uşaqların adaptasiya dövrünü izləmək məqsədilə plan tərtib etmək və onun həyata keçirilməsini təmin etmək;
  • Müxtəlif növ üsullardan, testlərdən, müsahibələrdən və davranışın birbaşa müşahidə olunması üsulundan istifadə edərək uşaq və gənclərin ehtiyaclarının, bacarıqlarının və ya davranışlarının qiymətləndirilməsini təmin etmək və onlar ilə diaqnostik, terapevtik, inkişafetdirici və konsultativ işlər aparmaq;
  • Uşaqların və gənclərin Keys Menecment prosedurunda sosial işçilərə dəstək olmaq;
  • Böyük yaşlı uşaqlarla peşəyönümü testlərinin kecirilməsini təmin etmək;
  • Uşaqlar üçün psixoloji təlimlər təşkil etmək;
  • Müntəzəm olaraq uşaqların psixoloji vəziyyətini əks etdirən hesabatlar təqdim etmək;
  • Uşağın layihəni tərk etmə mərhələsində ona psixoloji dəstək olmaq;
  • Əsas qayğı işçilərinin professional səviyyəni təkmilləşdirilməsi məqsədilə görüşlər təşkil etmək, psixoloji məsləhətlər vermək, onlara uşaqlar və gənclərlə iş prosesində yaranmış problemlərin həllində köməklik etmək.

İş şərtləri:

  • Ünvan/Gəncə şəhəri, Azərbaycan bayrağı küçəsi 189 (3 saylı Təcili Tibbi yardım xəstəxananın yanı); 
  • 780 AZN (vergilər daxil) əmək haqqı;
  • Həftədə 2 gün istirahət;
  • Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun işçi qeydiyyatı.

Təklifimiz:

“SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası ictimai birliyi Beynəlxalq Təşkilatın nümayəndəliyi olaraq QHT mühitində öz işçilərinə geniş inkişaf imkanları yaradır. 

Namizədliyinizi uyğun hesab edirsiniz? Müraciət ərizələrinizi/CV və motivasiya məktubunuzu (yalnız elektron ərizələr nəzərə alınır) 20 İyun 2024-cü il tarixədək “Psixoloq/Gəncə

 SOS Uşaq Kəndi” adlı başlıqla e-poçt ünvanına göndərməyinizi xahiş edirik.

Qeyd: Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır!

  • Günlük75
  • Həftəlik188
  • Aylıq188