S SOS Uşaq Kəndləri - Azərbaycan

SOS Uşaq Kəndləri - Azərbaycan

Digər

Sosial işçi (Bakı)

Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Sosial işçi (Bakı)

  • Deadline 11 İyul 2024
Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Sosial işçi Gəncə Uşaq Kəndi Proqramında qayğı görən uşaq və gənclərlə sosial işin təşkilini həyata keçirir. Uşaq və gənclərin əmlak, həmçinin uşaqların proqrama qəbulu məsələlərinin tənzimlənməsi, onların bioloji ailə köklərinin araşdırılması, uşaq problemləri ilə məşğul olan dövlət qurumları və qeyri hökumət təşkilatları ilə əməkdaşlıq etməyə məsuldur.

Profiliniz:

  • Sosial iş sahəsində ali təhsil;
  • Əlaqədar sahə üzrə minimum 1-3 illik iş təcrübəsi;
  • Uşaq hüquqları və uşaq müdafiəsi haqqında məlumatlılıq; 
  • Peşəyönümü əlavə təhsil (təlim, seminarlar);
  • Sosial və təşkilati bacarıqlar;
  • Yüksək ünsiyyət bacarığı, o cümlədən, dövlət qurumları ilə əlaqə qurmaq qabiliyyəti;
  • Fərdi və komandada işləmək istəyi və bacarığı;
  • Stress altında işləmək bacarığı;
  • Kompüter  biliyi (MS Office);

Vəzifə və öhdəliklər:

  • Keys Menecment alətləri vasitəsi ilə uşaqların keyslərini idarə və koordinasiya etmək
  • Hər bir uşağın/gəncin fərdi ehtiyaclarına uyğun Fərdi İnkişaf Planlarını tərtib etmək və həyata keçirilməsinə dəstək olmaq
  • Uşaqların bioloji ailələri ilə iş üzrə öhdəlikləri icra etmək
  • Uşaq və gənclərin çatışmayan sənədlərinin (doğum şəhadətnaməsi, şəxsiyyət vəsiqəsi, valideynlərin ölüm şəhadətnaməsi)  həmçinin itmiş və korlanmış sənədlərin bərpası, pensiya və müavinətlərin təmin edilməsinə dəstək etmək 
  • Uşaq Kəndinin planlaşdırma və maliyyə işlərində iştirak etmək
  • Uşaq və gənclərin daşınan və daşınmaz əmlakının (həmçinin vərəsəlik və ya qeyri-vərəsəlik şəklində mövcud olan) mövcudluğu haqqında araşdırmalar aparmaq və belə hallar olduqda uşaqların əmlak hüquqlarını qanuniləşdirmək
  • Uşaq qəbulu və Uşaq müdafiəsi komitəsinin üzvü olmaq

Uşaq müdafiəsi:

  • Uşaq Müdafiə Siyasətinə riayət etmək;
  • UKP layihələrində zorakılıq halları ilə bağlı hadisələrə “Uşaq müdafiəsi üzrə Hesabat vermə və cavab tədbirləri” prosedurunu tətbiq etmək.

İş şərtləri:

  • Ünvan/Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 27a (Həzi Aslanov metrosu yaxınlığı);
  • 780.00 AZN (vergilər daxil) əmək haqqı;
  • Həftədə 2 gün istirahət;
  • Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun işçi qeydiyyatı.

Təklifimiz:

“SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası ictimai birliyi Beynəlxalq Təşkilatın nümayəndəliyi olaraq QHT mühitində öz işçilərinə geniş inkişaf imkanları yaradır.

Namizədliyinizi uyğun hesab edirsiniz? Müraciət ərizələrinizi/CV (yalnız elektron ərizələr nəzərə alınır) 20 İyun 2024-cü il tarixədək “Bakı/Sosial İşçi” adlı başlıqla e-poçt ünvanına göndərməyinizi xahiş edirik.

Qeyd: Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır!

  • Günlük77
  • Həftəlik190
  • Aylıq190