İş barədə:
- Texniki Dəstək və Təlim şöbəsinə daxil olan sorğuları operativ şəkildə cavablandırmaq
- Tibbi cihazlara yerində və ya servis şəraitində texniki baxış keçirmək və ilkin diaqnostik rəy hazırlamaq
- Şirkət tərəfindən quraşdırılan cihazların quraşdırılmasını, sazlanmasını və texniki dəstəyini təmin etmək
- Şirkətin mənafeyinə uyğun təlimlərdə və ixtisasartırma proqramlarında iştirak etmək
- Şöbə tərəfindən təhkim olunmuş alət və materiallara məsuliyyət daşımaq, zərurət yarandıqda yeni alət və avadanlıqlar üzrə siyahı hazırlamaq
- Xidmət göstərilən müəssisə, idarə və təşkilatları mütəmadi ziyarət etmək və xidmət səviyyəsini yerində qiymətləndirmək
- Şöbənin xidmət göstərdiyi bütün cihaz və materialların inventarlaşdırılmasında iştirak etmək və dəyişikliklərin uçotunun aparılmasına dəstək vermək
- Texniki Dəstək və Təlim şöbəsinin fəaliyyətinə aid iş prosedurlarının və texniki sənədlərin hazırlanmasında iştirak etmək
Tələblər:
- MS WINDOWS, MS OFFICE,
- Texniki Dəstək verilən cihazların idarəetmə proqramlarının orta və yüksək səviyyədə
- Müvafiq sahə üzrə təhsil;
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi.
- İngilis dili (orta/yüksək səviyyədə)
- Rus dili (orta/yüksək səviyyədə)
- Türk dili (orta/yüksək səviyyədə)
Əmək haqqı barədə məlumat müsahibə zamanı verilir;
Maraqlanan şəxslər CV-ni mövzu hissədə vakansiyanın adını qeyd etməklə Müraciət Et düyməsində göstərilən email ünvanına göndərə bilərlər.