SR Group - Avtomobil sektoru
Komandamıza Copywriter axtarırıq!
Tələblər:
- Ali təhsil
- Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı
- Rus və İngilis dili biliyi üstünlükdür
- Copywriting sahəsində minimum 2 il iş təcrübəsi
- Portfolio (avtomobil sahəsində təcrübə üstünlükdür)
- Güclü araşdırma bacarığı və yaradıcı yanaşma
- Komanda ilə effektiv işləmə qabiliyyəti
Vəzifə öhdəlikləri:
- Kreativ kontent və kommunikasiya strategiyalarının hazırlanması
- Reklam mətnləri, bloq yazıları, məhsul təsvirləri, sosial media paylaşımları və video ssenarilərin yazılması
- Brendə uyğun unikal və cəlbedici ideyaların yaradılması
- Bazar trendlərinə uyğun kampaniya konseptləri və sloqanların hazırlanması
- Video və icmal kontentləri üçün qısa və uzun ssenarilərin hazırlanması
Mövzu hissəsində “Copywriter” qeyd etməklə CV və portfolio formasını Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.