Tələblər
- Təhsil: Ali təhsil
- Təcrübə: 1-3 il
- Dil bilikləri: Azərbaycan dili, İngilis dili (B2 səviyyəsi mütləqdir)
- Sürücülük vəsiqəsi: “B” kateqoriya (sürücülük təcrübəsi)
İş şəraiti
- İş vaxtı: 10:00 - 18:00, Şənbə günləri 10:00 - 15:00 İstirahət: Bazar
- Vəzifə maaşı: 1000 AZN
- İş yeri: Bakı şəhəri, Zərifə Əliyeva 107 A
Vəzifə Öhdəlikləri
- Satış şöbəsinin təqdim etdiyi sifarişlərə əsasən, avtonəqliyyat vasitələrinin fasiləsiz, qəzasız və yüksək səmərəli işini, həmçinin düzgün texniki istismarını təmin və təqib etmək.
- İcarəyə verilmiş avtomobillərin gündəlik işə hazırlanmasını, hissə və qovşaqların baxışını keçirmək; nasazlıqları vaxtında aşkar edərək bilavasitə aradan qaldırmaq və ya aradan qaldırılmasını təmin etmək.
- Şirkətin avtonəqliyyat vasitələrinin planlı təmir işləri ilə bağlı bütün məlumatlar üzrə hesabat hazırlanması müntəzəm təmir işlərinin izlənməsi və monitorinqini həyata keçirmək.
- Nəqliyyat vasitələrinin əsaslı, cari təmir və ya profilaktik işlərdən çıxışında qəbul prosesində bilavasitə iştirak etmək.
- Təmirə ehtiyacı olan və ya zədələnmiş nəqliyyat vasitələrinin vaxtında müvafiq təmir mərkəzlərinə çatdırılmasını təşkil etmək.
- Avtomobillərin müştərilərə təhvil verilməsi və geri təhvil alınması prosesini icra etmək.
- Geri qaytarılmış avtomobillərə texniki baxış keçirmək, dəymiş zərəri qiymətləndirmək, aktlaşdırmaq və bu barədə Satış şöbəsini dərhal məlumatlandırmaq.
- Avtomobili təhvil alarkən aşkar edilmiş zədələri “Texniki baxış və zədə aktı/hesabatı” proqramına daxil etmək.
- Zədələnmiş avtomobillər üzrə bütün zəruri məlumatları Cobra proqramına operativ şəkildə işləmək.
- Tabe olduğu layihələrdə işin gidişatını mütəmadi izləmək və yaranmış texniki-təşkilati problemlərin həll edilməsi üçün operativ tədbirlər görmək.
Tələb olunan bacarıqlar
- MS Excel (Qabaqcıl səviyyə):
- Hissə və qovşaqların iş prinsipini bilmək (nasazlığı vaxtında müəyyən etmək üçün).
- Avtomobildəki zədənin dərəcəsini (yüngül, orta, ağır) və təxmini təmir xərclərini müəyyən etmək bacarığı.
- Müasir avtomobillərdə elektron nasazlıqları anlamaq üçün təməl biliklər.
- Yol hərəkəti qaydaları və sığorta prosedurlarını idarə etmək, qəza hallarında sığorta (KASKO/İcbari) prosedurlarını və sənəd dövriyyəsini bilmək.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.