Nəqliyyat şöbəsinin mütəxəssisi (Fleet nəzarəti)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Nəqliyyat şöbəsinin mütəxəssisi (Fleet nəzarəti)

  • Deadline 30 Oktyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Şirkət: SRC MMC (SIXT Azərbaycan)

İş yeri: Bakı şəhəri

Vəzifə öhdəlikləri

  • Avtomobil parkının gündəlik statusunun Cobra sistemində aparılması, sıradan çıxmış avtomobillərin nəzarətdə saxlanması
  • Hava limanı və şəhər satış nöqtələri arasında avtomobil bölgüsünün planlaşdırılması
  • Park və açar inventarizasiyasının aparılması
  • Yeni avtomobillərin parka qəbulu (yoxlama, komplektasiya, qeydiyyat, sığorta, brendinq)
  • Parkdan çıxarılan avtomobillərin sənədləşməsi və təhvili
  • Zədə aktlarının hazırlanması, zədə xərclərinin müştəri və sığorta şirkəti ilə həlli
  • Yol hərəkəti cərimələrinin izlənməsi və müvafiq şəxsə aid edilməsi
  • Texniki baxış, sığorta, etibarnamə və texniki xidmət müddətlərinə nəzarət
  • Servis və təmir işlərinin, yanacaq xərclərinin uçotu
  • Aylıq fleet hesabatının hazırlanması

Tələblər

  • Ali təhsil (nəqliyyat, mühəndislik, iqtisadiyyat, logistika)
  • Avtomobil parkı, avtomobil icarəsi, lizinq, sığorta və ya avtoservis sahəsində ən azı 2 il iş təcrübəsi
  • B kateqoriyalı sürücülük vəsiqəsi (ən azı 2 il sürücülük təcrübəsi)
  • MS Excel biliyi orta və yuxarı səviyyədə (filtr, pivot, VLOOKUP)
  • Azərbaycan dili səlis, rus dili işgüzar, ingilis dili orta səviyyədə
  • Sığorta (icbari, KASKO) və avtomobilin texniki xidməti üzrə əsas biliklər
  • Dəqiqlik, məsuliyyət, analitik düşüncə və danışıq bacarığı

Üstünlük veriləcək

  • İş prosesində AI alətlərindən istifadə bacarığı

İş şəraiti

  • Əmək haqqı: 1 000 AZN net
  • İş qrafiki: həftə içi 10:00–18:00, şənbə 10:00–16:00
  • Rəsmi əmək müqaviləsi və sosial sığorta

Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına Nəqliyyat şöbəsinin mütəxəssisi mövzusu ilə göndərə bilərlər.

  • Daily0
  • Weekly474
  • Monthly110