Vəzifə öhdəlikləri
- Satış şöbəsinin təqdim etdiyi sifarişi qəbul edir,
- Müştərilərin təyin olunmuş yerə vaxtında, təhlükəsiz çatdırılmasını təmin edir.
- Ona təhkim edilmiş avtonəqliyyat vasitəsinin fasiləsiz, qəzasız, yüksək səmərəli işini, düzgün texniki istismarını həyata keçirmək.
- “SIXT” – in tələblərinə uyğun olaraq müştərilərə xidmət göstərmək.
- İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatların, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət etmək;
- İstifadə etdiyi avtonəqliyyat vasitəsinin iş rejimini və xüsusi iş şərtlərini bilmək, onun bu rejim üzrə istismarına və texniki xidmətlərinə daim hazır olmaq;
- İstifadə etdiyi avtonəqliyyat vasitəsinin sıradan çıxdığı hallarda müvafiq şöbəyə bu haqqda məlumat vermək.
- İstifadə etdiyi avtonəqliyyat vasitəsi üçün vaxtında Şirkətin təsdiq etdiyi formada yol vərəqələrini, habelə yanacaq alınması üçün kartları əldə etmək və təhvil vermək.
- İstifadə etdiyi avtonəqliyyat vasitəsinin spidometrinin göstəricilərini müntəzəm olaraq yoxlamaq və qeyd etmək, bu göstəricilərin verilmiş yol vərəqəsinə və yanacaq-sürtkü materiallarının sərfinə uyğunluğunu təmin etmək.
- Əmək və istehsal intizamının, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarına riayət etmək.
- Avtonəqliyyat vasitəsinin təmiz saxlanılması
Tələblər
- Yol hərəkəti qaydalarına riayət etməklə nəqliyyat vasitəsini təhlükəsiz idarə etmək;
- Xəritələrdən, naviqatordan və digər naviqasiya sistemlərindən istifadə etmək;
- Təhlükəsiz hərəkət trayektoriyasını və manevr üsullarını seçərək rəvan hərəkət etmək;
- Şəhəri yaxşı tanımalı
- Sürücülük vəsqiəsi B
- Dil bilikləri- Orta səviyyədə İngilis dili
İş şərtləri
- Əmək haqqı: 700 -800
- İş vaxtı 6 Həftə içi 10:00-18:00, Şənbə günü 10:00-15:00
- İstirahət: Bazar günü
Vakansiya ilə maraqlanan şəxlər Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanından CV – ni göndərməklə mürəciət edə bilərlər.