Ünvan: Bakı, Azərbaycan
Vəzifənin təsviri
Məhsul Strategiyası və Assortiment Planlaması
- Sinteks-in strateji məqsədləri və H&M-in kommersiya hədəflərinə uyğun olaraq ümumi məhsul və assortiment strategiyasını hazırlamaq və icra etmək.
- Hər rüblük sifariş dövründən əvvəl yerli qiymətlərin rəqabətqabiliyyətliliyini təmin etmək üçün qiymət müqayisə (benchmark) təhlili aparmaq.
- Hər sifariş dövründən əvvəl H&M standartlarına və mağaza tələblərinə uyğun olaraq mağaza üzrə kateqoriya seqmentasiyasını müəyyən etmək.
- Mərkəzi anbar üzrə paylanma parametrlərini müəyyənləşdirmək və mövsüm ərzində performansa əsasən tənzimləmək.
- H&M-in qlobal assortiment istiqamətini yerli bazar ehtiyaclarına uyğunlaşdıraraq brend ardıcıllığını və kommersiya uğurunu təmin etmək.
- Rəqiblərin fəaliyyətini və müştəri seçimlərini izləyərək inkişaf imkanlarını müəyyən etmək.
- Satış məlumatlarını, müştəri insight-larını və bazar dinamikasını təhlil edərək məhsul və assortiment strategiyasını təkmilləşdirmək.
- H&M Buying komandaları ilə sifariş həcmləri, çatdırılma müddətləri və məhsul axını üzrə koordinasiya aparmaq; təchizatçıların keyfiyyət, vaxtında çatdırılma və uyğunluq göstəricilərini izləmək.
- Satış və Planlama komandaları ilə əməkdaşlıq edərək mövsümi tələbat proqnozlarını hazırlamaq və optimal stok axınını təmin etmək.
Kommersiya Təqvimi və Aktivasiya
- İllik kommersiya təqvimini (kampaniyalar, promosyonlar, endirimlər və məhsul yönümlü aktivliklər) hazırlamaq və tətbiq etmək.
- H&M-in qlobal strategiyası ilə yerli bazar imkanları arasında uyğunluğu təmin etmək.
- Qlobal kommersiya planını yerli istehlakçı davranışına uyğunlaşdırmaq və ölkəyə xas tədbirlər müəyyənləşdirmək.
- Mövsüm daxilində və mövsüm sonrası məhsul aktivliklərini planlamaq və icra etmək.
- Sell-through göstəricisini və ümumi müştəri təcrübəsini optimallaşdırmaq üçün məhsul və müştəri aktivlikləri arasında balans yaratmaq.
- Marketinq komandası ilə birgə kampaniya sonrası nəticələri (satış artımı, trafik təsiri, ROI) qiymətləndirmək və rəhbərliyə hesabat vermək.
Qiymət, Satış və Gəlirlilik İdarəetməsi
- Qiymət trendlərini izləmək və rəqabət qabiliyyətini qorumaqla gəlirliliyi artırmaq üçün strategiyaları tənzimləmək.
- Satış kanalları üzrə aydın kommersiya prioritetləri müəyyənləşdirmək və icra etmək.
- Sinteks və H&M məqsədlərinə uyğun olaraq stok təzəliyi hədəflərini və mövsümi fəaliyyət planlarını müəyyən etmək.
- Tələbat və rəqib performansına əsasən məhsul ekspozisiyasını, reytinqlərini və endirim planlarını optimallaşdırmaq.
- Məhsul, satış və marketinq funksiyaları arasında koordinasiya edərək gəlir artımını və gəlirliliyi artırmaq.
- Ümumi marja göstəricilərini və endirim effektivliyini nəzərdən keçirmək, davamlı mənfəətlilik və xərc nəzarətini təmin etmək.
Stok İdarəetməsi və Paylanma
- Bütün region və kanallar üzrə optimal məhsul mövcudluğunu təmin edən stok idarəetmə strategiyasını hazırlamaq.
- Paylanma və replenishment proseslərinə nəzarət etmək.
- Mövsüm daxilində performansa çevik reaksiya vermək, çatdırılma, ekspozisiya və endirimləri zərurət olduqda tənzimləmək.
- Mövsüm sonu stok təhlili aparmaq və nəticələri növbəti planlama dövründə tətbiq etmək.
- Sell-through və tarixi trendlərə əsaslanaraq proqnoz dəqiqliyini izləmək.
- Məhsul həyat dövrünü optimallaşdırmaqla itkiləri azaltmaq və dayanıqlı, xərc baxımından effektiv stok nəzarətini təmin etmək.
Bazar Analitikası və Mağaza Ziyarətləri
- Strateji qərarları istiqamətləndirmək üçün bazar dinamikasını, müştəri davranışını və rəqabət mövqeyini davamlı izləmək.
- Fiziki və onlayn mağazaları mütəmadi olaraq (təxminən həftədə iki gün) ziyarət edərək kommersiya icrasını və müştəri əlaqəsini qiymətləndirmək.
- Ziyarət hesabatları hazırlamaq və rəhbərliklə H&M tərəfdaşlarına strukturlaşdırılmış rəy və tövsiyələr təqdim etmək.
Funksiyalararası əməkdaşlıq
- Retail, Visual Merçendayzinq, Marketinq, Maliyyə, Logistika və H&M komandaları ilə sıx əməkdaşlıq etmək.
- “Omnichannel” merçendayzinq performansı üzrə aydın məqsəd və KPI-lar müəyyən etmək.
- Rəqəmsal, retail və marketinq təşəbbüslərini vahid aktivasiya təqvimi altında sinxronlaşdırmaq.
- Məhsul strategiyasını ölkə təşkilatlarına və H&M tərəfdaşlarına kommunikasiya etmək.
- Kommersiya nəticələri və təkmilləşdirmə təkliflərini rəhbərliyə və idarə heyətinə təqdim etmək.
- Merçendayzinq məsələləri üzrə rəhbərliklə H&M komandaları arasında əsas əlaqələndirici şəxs kimi çıxış etmək.
Hesabatlılıq və Performans Təhlili
- Məhsul, satış və stok göstəricilərini təhlil edərək daxili rəhbərlik və H&M komandaları üçün məlumat əsaslı tövsiyələr təqdim etmək.
- Satış, sell-through, endirim təsiri, stok örtüyü və stok sağlamlığı üzrə müntəzəm hesabatlar hazırlamaq.
- Cari və proqnozlaşdırılan müştəri tələbat trendləri barədə təşkilatı və H&M-i məlumatlandırmaq.
- Əsas KPI-ları izləmək: Satış vs Hədəf, Sell-through %, Stok Dövriyyəsi, Markdown %, ROI.
- Aylıq icra xülasələri hazırlayaraq əsas insight-lar, risklər və düzəldici tədbirlər üzrə tövsiyələr təqdim etmək.
Komanda Rəhbərliyi və İnkişafı
- Merçendayzinq və Planlama komandasına aydın məqsədlər və məsuliyyət bölgüsü ilə rəhbərlik etmək.
- Davamlı kouçinq, təlim və geribildirim təmin etmək.
- Daxili kadr ehtiyatı formalaşdırmaq və əsas vəzifələr üçün varislik planlaması həyata keçirmək.
- Departamentlər və kanallar arasında əməkdaşlığı gücləndirərək müştəriyönümlü qərarverməni təşviq etmək.
KPI-lar
- Ümumi Marja (%)
- Sell-Through (%)
- Markdown Effektivliyi (%)
- Stok Dövriyyəsi (ildə dövretmə sayı)
- Stok Təzəliyi (%) – 90 gündən az stok payı
- Proqnoz Dəqiqliyi (%)
- Kampaniya ROI (%)
Məsuliyyət sahələri
- Məhsul və assortiment planlaması
- Satınalma və təchizatçı koordinasiyası
- Stok nəzarəti və paylanma
- Satış, marja və gəlirlilik idarəetməsi
- Proqnozlaşdırma və tələbat planlaması
- Komanda rəhbərliyi və inkişafı
- Visual Merçendayzinq, Retail, Marketinq və Maliyyə ilə çarpaz-funksional əməkdaşlıq
- Bazar trendlərinin və rəqiblərin monitorinqi
Tələblər
- Ali təhsil (Biznesin idarə olunması, İqtisadiyyat/Maliyyə və ya oxşar sahə üstünlükdür)
İş təcrübəsi
- Merçendayzinq, assortiment ofisi və ya oxşar sahədə minimum 3–5 il rəhbərlik təcrübəsi (retail və rəqəmsal təcrübə üstünlükdür)
- P&L, satış və proqnozlaşdırma üzrə təcrübə
- Assortiment planlaması, satınalma və stok idarəetməsi sahəsində minimum 5 il təcrübə
Peşəkar bacarıqlar və kompetensiyalar
- Dinamik mühitdə yüksək performanslı komandalar formalaşdırmaq bacarığı ilə güclü liderlik təcrübəsi
- Satış yönümlü düşüncə və yüksək kommersiya anlayışı
- Nəticəyönümlü yanaşma və iş proseslərini davamlı təkmilləşdirmək bacarığı
- Güclü analitik bacarıq
- Müstəqil işləmək və eyni zamanda komanda əməkdaşlığını gücləndirmək bacarığı
- MS Office proqramlarında yüksək səviyyəli bilik (xüsusilə Excel və PowerPoint)
- Dəyişikliklərə uyğunlaşma və strateji düşüncə
- Yüksək kommunikasiya və təqdimat bacarıqları
- İngilis dilində sərbəst yazılı və şifahi bilik
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.