Təsvir
- Standart müqavilə formalarını hazırlamaq və müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək;
- Təlimat, Qayda və Prosedurların ekspertizasını həyata keçirmək və rəy vermək;
- Bütün struktur bölmələrə hüquqi yardım etmək, onlardan daxil olmuş sorğulara rəy və izahatlar vermək;
- Təşkilat daxilində qanunvericiliyin və korporativ aktların göstərişlərinə düzgün tətbiq edilməsinə nəzarətdə iştirak etmək;
- Dövlət orqanları və ictimai təşkilatlarla yazışmalar aparmaq;
- Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarət etmək;
- Korporativ hüquq fəaliyyəti ilə bağlı olan təlimat, qayda və iş prosedurların layihəsini və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq, aidiyyatı struktur bölmələrlə razılaşdırmaq;
- Nizamnamə və idarəetmə orqanlarının əsasnamələrinin, bu sənədlərə əlavə və dəyişikliklərin hazırlanmasını həyata kecirmək, onların müvafiq dövlət orqanlarında qeydiyyata alınmasını təmin etmək;
- Bütün əqdlərin, o cümlədən beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirərək rəy vermək;
- Keçirilmiş yoxlamaların nəticələrinə dair materiallara baxmaq, qanunvericiliyin pozulmasına səbəb olan və ola biləcək halların aradan qaldırılması haqqında təkliflər vermək
Tələblər
- Dinamik iş mühiti;
- Şəxsi və peşəkar inkişaf imkanı;
- Nahar və telefon xərcləri şirkət tərəfindən ödənilir.
- 3 aylıq sınaq müddətindən sonra tibbi sığorta;
- İş qrafiki: Bazar ertəsi-Cümə 09:00-dan 18:00-dək;
- Əmək haqqı təhsilinizə, təcrübənizə və peşəkar keyfiyyətlərinizə əsasən müəyyən ediləcək.
Vakansiya haqqında
Son tarix Noyabr 8, 2024
Paylaşılıb Oktyabr 9, 2024
Vakansiya növü Tam ştat
Əmək haqqı 1200 - 2000 AZN