Stark Technology MMC Stark Technology MMC

Texnik (kamera, siqnalizasiya və zəif axın sistemləri üzrə)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Texnik (kamera, siqnalizasiya və zəif axın sistemləri üzrə)

  • Deadline 24 Sentyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İşin təsviri 

  • Kamera müşahidə sistemlərinin (CCTV) kabel çəkilişinin və quraşdırılmasının həyata keçirilməsi;
  • Yanğın və mühafizə siqnalizasiya sistemlərinin kabel çəkilişi, sensor, siren və digər avadanlıqların quraşdırılmasının icra edilməsi;
  • Şəbəkə (UTP, FTP, Fiber Optik) və enerji xətlərinin çəkilməsi;
  • Kabel kanalları, borular və metal konstruksiyaların montajının yerinə yetirilməsi;
  • NVR, DVR, switch, PoE switch, access point və digər avadanlıqların fiziki quraşdırılmasının həyata keçirilməsi;
  • Avadanlıqların ilkin testinin aparılması və yaranan nasazlıqların aradan qaldırılması;
  • Təqdim olunmuş layihə və montaj sxemlərinə dəqiq əməl olunması;
  • Görülmüş işlər və cari proses barədə texniki rəhbərə müntəzəm hesabatların təqdim edilməsi.

İş şəraiti: 

  • İş yeri: Bakı şəhəri;
  • 6 günlük iş həftəsi;
  • Əmək haqqı 800-900 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır).

Tələblər:

  • Kamera və siqnalizasiya sistemlərinin quraşdırılması sahəsində 1-3 il iş təcrübəsi;
  • Elektrik və zəif axın sistemləri üzrə baza bilikləri;
  • Kabel çəkilişi və montaj işlərini sərbəst icra etmək bacarığı;
  • Elektrik alətlərindən təhlükəsiz istifadə etmək bacarığı;
  • Layihə və montaj sxemlərini sərbəst oxumaq bacarığı;
  • Məsuliyyətli, intizamlı və komandada işləmək bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Texnik (kamera, siqnalizasiya və zəif axın sistemləri üzrə) qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.

  • Daily0
  • Weekly139
  • Monthly1901