Vəzifə öhdəlikləri
- 6 kV, 10 kV, 35 kV və daha yüksək gərginlikli elektrik qurğularının istismarını təşkil etmək və nəzarətdə saxlamaq;
- Transformator yarımstansiyalarının, güc transformatorlarının, paylayıcı qurğuların, elektrik ötürücü xətlərinin və rele mühafizə sistemlərinin texniki vəziyyətini mütəmadi yoxlamaq;
- Elektrik avadanlıqları üzrə planlı baxış, profilaktik təmir və sınaq işlərinin təşkilində iştirak etmək;
- Elektrik enerjisinin keyfiyyət göstəricilərini izləmək və təhlil etmək;
- Qəza və nasazlıqların səbəblərini araşdırmaq, onların aradan qaldırılması üçün texniki tədbirlər hazırlamaq;
- Elektrik sxemlərini, layihələri və texniki sənədləri oxumaq, təhlil etmək və yeniləmək;
- Yeni elektrik avadanlıqlarının quraşdırılması, sınaqdan keçirilməsi və istismara qəbulunda iştirak etmək;
- Enerji sərfiyyatının optimallaşdırılması və enerji səmərəliliyinin artırılması üzrə təkliflər hazırlamaq;
- Elektrik təhlükəsizliyi qaydalarına əməl olunmasına və işçilərin təhlükəsizlik tələblərinə riayət etməsinə nəzarət etmək;
- Podratçı təşkilatlar tərəfindən görülən elektrik-quraşdırma işlərinin keyfiyyətinə texniki nəzarəti həyata keçirmək;
- Texniki hesabatlar, aktlar, qüsur cədvəlləri və digər sənədləri hazırlamaq;
- Dövlət qurumları və enerji təchizatçı təşkilatlarla texniki məsələlər üzrə əməkdaşlıq etmək.
Tələblər
- Bu sahədə 3 ildən artıq təcrübəsi olmalıdır
- Müvafiq sahə üzrə sertifikatları olan namizədlərə üstünlük veriləcəkdir
- Təhsil: ali (energetika sahəsi üzrə)
İş şəraiti
- İş saatları: 9:00-dan 18:00-dək. Həftə içi beş gün
- Əmək haqqı: 2700 AZN
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.