Stentys Technology MMC şirkəti Tibbi məhsullar sahəsində Təchizatçı vəzifəsi üzrə əməkdaş axtarır.
İş şəraiti
- İş yeri: Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi
- İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00–18:00
- Əmək haqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən ediləcək.
Namizədə tələblər
- Tibbi məhsullar və tibbi avadanlıqlar sahəsində minimum 2 il iş təcrübəsi;
- Tibbi məhsullar bazarı və təchizatçı şirkətlər haqqında məlumatlı olmaq;
- Tibbi məhsulların çeşidləri və xüsusiyyətləri barədə biliklərə sahib olmaq;
- İngilis dili biliyi – xarici təchizatçılarla yazılı və şifahi ünsiyyət qurmaq səviyyəsində;
- Xarici şirkətlərlə danışıqlar aparmaq və işgüzar yazışmalar həyata keçirmək bacarığı;
- Təchizat və satınalma proseslərini bilmək;
- Gömrük prosedurları və idxal prosesləri haqqında məlumatlı olmaq;
- Tibbi məhsulların idxalı və aidiyyəti səhiyyə prosedurları ilə bağlı işləri idarə edə bilmək;
- Məsuliyyətli, operativ və araşdırma qabiliyyətli olmaq;
- Danışıqlar və qiymət müqayisəsi aparmaq bacarığı.
Əsas vəzifə öhdəlikləri
- Şirkət üçün tələb olunan tibbi məhsul və avadanlıqların yerli və xarici bazarda araşdırılması;
- Uyğun məhsul və təchizatçıların müəyyən edilməsi;
- Təchizatçılardan qiymət təkliflərinin alınması və müqayisə edilməsi;
- Xarici şirkətlərlə əlaqələrin qurulması və məhsulların sifarişinin həyata keçirilməsi;
- Sifarişlərin hazırlanması və çatdırılma prosesinin izlənilməsi;
- Xaricdən gətirilən məhsullarla bağlı logistika və gömrük proseslərinin koordinasiya edilməsi;
- Tibbi məhsulların idxalı ilə əlaqədar müvafiq səhiyyə və sənədləşmə məsələlərinin həllinin təşkil edilməsi;
- Təchizat prosesinin vaxtında və düzgün şəkildə həyata keçirilməsinə nəzarət edilməsi.
Maraqlanan namizədlər CV-lərini 0507833243 nömrəsinə "Təchizatçı" qeyd edərək göndərə bilərlər.