Stentys Technology MMC Stentys Technology MMC

Tibbi məhsullar sahəsində Təchizatçı

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Tibbi məhsullar sahəsində Təchizatçı

  • Deadline 21 October 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Stentys Technology MMC şirkəti Tibbi məhsullar sahəsində Təchizatçı vəzifəsi üzrə əməkdaş axtarır.

İş şəraiti

  • İş yeri: Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi
  • İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00–18:00
  • Əmək haqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən ediləcək.

Namizədə tələblər

  • Tibbi məhsullar və tibbi avadanlıqlar sahəsində minimum 2 il iş təcrübəsi;
  • Tibbi məhsullar bazarı və təchizatçı şirkətlər haqqında məlumatlı olmaq;
  • Tibbi məhsulların çeşidləri və xüsusiyyətləri barədə biliklərə sahib olmaq;
  • İngilis dili biliyi – xarici təchizatçılarla yazılı və şifahi ünsiyyət qurmaq səviyyəsində;
  • Xarici şirkətlərlə danışıqlar aparmaq və işgüzar yazışmalar həyata keçirmək bacarığı;
  • Təchizat və satınalma proseslərini bilmək;
  • Gömrük prosedurları və idxal prosesləri haqqında məlumatlı olmaq;
  • Tibbi məhsulların idxalı və aidiyyəti səhiyyə prosedurları ilə bağlı işləri idarə edə bilmək;
  • Məsuliyyətli, operativ və araşdırma qabiliyyətli olmaq;
  • Danışıqlar və qiymət müqayisəsi aparmaq bacarığı.

Əsas vəzifə öhdəlikləri

  • Şirkət üçün tələb olunan tibbi məhsul və avadanlıqların yerli və xarici bazarda araşdırılması;
  • Uyğun məhsul və təchizatçıların müəyyən edilməsi;
  • Təchizatçılardan qiymət təkliflərinin alınması və müqayisə edilməsi;
  • Xarici şirkətlərlə əlaqələrin qurulması və məhsulların sifarişinin həyata keçirilməsi;
  • Sifarişlərin hazırlanması və çatdırılma prosesinin izlənilməsi;
  • Xaricdən gətirilən məhsullarla bağlı logistika və gömrük proseslərinin koordinasiya edilməsi;
  • Tibbi məhsulların idxalı ilə əlaqədar müvafiq səhiyyə və sənədləşmə məsələlərinin həllinin təşkil edilməsi;
  • Təchizat prosesinin vaxtında və düzgün şəkildə həyata keçirilməsinə nəzarət edilməsi.

Maraqlanan namizədlər CV-lərini 0507833243 nömrəsinə "Təchizatçı" qeyd edərək göndərə bilərlər.

  • Daily97
  • Weekly367
  • Monthly2081