AP Physics müəllimi axtarırıq!
2016-cı ildən fəaliyyət göstərən Step by Step International Hub, Oxford International Digital Institute-un Azərbaycandakı rəsmi tərəfdaşı olaraq beynəlxalq təhsil imkanlarını tələbələrlə birləşdirir.
10 illik təcrübəmizə əsaslanaraq komandamızı genişləndirir və beynəlxalq təhsil proqramları üzrə təcrübəli müəllimləri komandamıza dəvət edirik!
Vəzifə öhdəlikləri:
- AP Physics proqramı üzrə dərslərin təşkili və tədrisi;
- Şagirdlərin AP imtahanlarına sistemli şəkildə hazırlanması;
- Tədris proqramına uyğun dərs planlarının və materiallarının hazırlanması;
- Fizika mövzularının nəzəri və praktiki izahı;
- Şagirdlərin akademik inkişafının və nəticələrinin mütəmadi qiymətləndirilməsi;
- Fərdi ehtiyaclara uyğun tədris yanaşmasının tətbiqi.
Tələblər
- Fizika və ya əlaqəli sahə üzrə ali təhsil;
- AP Physics tədrisi üzrə təcrübə üstünlükdür;
- Müvafiq sahədə minimum 3 il pedaqoji təcrübə;
- İngilis dilində sərbəst tədris aparmaq bacarığı;
- AP proqramının və imtahan formatının yaxşı mənimsənilməsi;
- Güclü kommunikasiya və təqdimat bacarıqları;
- Məsuliyyətli, sistemli və nəticəyönümlü yanaşma;
- Komanda ilə işləmək bacarığı.
İş şərtləri
- Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir;
- Peşəkar inkişaf və təlim imkanları;
- Beynəlxalq təhsil mühitində çalışma imkanı.
CV-nizi mövzu hissəsində “AP Physics Teacher” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
Beynəlxalq təhsil mühitində peşəkar inkişaf üçün komandamıza qoşulun!