Step by Step International Hub Step by Step International Hub

Step by Step International Hub

Təhsil , Təlim və peşəkar inkişaf

SAT Müəllimi (Math / Verbal)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

SAT Müəllimi (Math / Verbal)

  • Deadline 21 Oktyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş növü: Tam və ya yarım ştat (Full-time / Part-time)

Yerləşmə: Bakı, Azərbaycan

Biz tələbələrimizə qlobal imtahanlara hazırlıq və xaricdə təhsil sahəsində ən yüksək keyfiyyətli xidməti təqdim edirik. Komandamızın böyüməsi ilə əlaqədar olaraq, SAT (Math və ya Verbal/English) üzrə peşəkar və dinamik müəllimlər axtarırıq.

Vəzifə öhdəlikləri:

  • SAT imtahan proqramına (Math və ya English/Verbal) uyğun olaraq dərslərin yüksək səviyyədə tədris edilməsi
  • Tələbələrin ilkin bilik seviyyəsinin qiymətləndirilməsi və fərdi ehtiyaclarına uyğun tədris planının qurulması
  • Müntəzəm olaraq sınaq imtahanlarının (Mock Exams) təşkili, nəticələrin təhlili və tələbələrin zəif tərəflərinin təkmilləşdirilməsi
  • Tələbələrin davamiyyəti, aktivliyi və tərəqqisi barədə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
  • Tədris materiallarının, resursların və metodologiyanın daim yenilənməsi və inkişaf etdirilməsi

Namizədə dair tələblər:

  • Ali təhsil (Riyaziyyat, İngilis dili, Pedaqogika və ya müvafiq sahələr üzrə üstünlükdür)
  • SAT (Math və ya Verbal) tədrisi sahəsində minimum 1-2 il iş təcrübəsi
  • Müvafiq imtahanlardan (SAT, IELTS və ya TOEFL) yüksək rəsmi balın olması arzuolunandır
  • Yüksək səviyyədə ingilis dili biliyi (tədris tamamilə ingilis dilində aparılır)
  • Güclü ünsiyyət, təqdimat və pedaqoji bacarıqlar
  • Müxtəlif yaş qruplarından olan tələbələrlə işləmək və onları motivasiya etmək qabiliyyəti

Biz nə təklif edirik:

  • Beynəlxalq miqyaslı (Oxford Digital Institute tərəfdaşı olan) şirkətdə işləmək imkanı
  • Rəqabətədavamlı və performansa əsaslanan əməkhaqqı
  • Rahat və müasir iş şəraiti
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları
  • Çevik iş qrafiki

Maraqlanan namizədlərdən öz CV-lərini mövzu hissəsində "SAT Müəllimi" (və ya sahənizə uyğun olaraq "SAT Math" / "SAT English") qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily30
  • Weekly168
  • Monthly1892