STEP IT Academy Azerbaijan STEP IT Academy Azerbaijan
  • 534

STEP IT Academy Azerbaijan

Education , Training & Professional Development

Tədris işləri üzrə rəhbər

Tədris işləri üzrə rəhbər

  • Deadline 2 November 2026

·        Tədris şöbəsinin fəaliyyət istiqamətlərini, prioritetlərini və iş planını müəyyən etmək, şöbənin fəaliyyətini şirkətin akademik məqsədlərinə uyğun təşkil etmək.

·        Şöbənin illik, rüblük və aylıq fəaliyyət planlarını, həmçinin hesabatlarını hazırlamaq, əsas nəticə göstəricilərini müəyyən etmək və icrasını qiymətləndirmək.

·        Tədris prosesinin nəticələrini tələbə sayı, qrupların doluluğu, davamiyyət, akademik göstəricilər, tələbə məmnuniyyəti, müəllim performansı və digər müəyyən edilmiş göstəricilər üzrə təhlil etmək.

·        Tədris prosesində təkrarlanan problemləri və sistemli çatışmazlıqları müəyyən etmək, onların səbəblərini təhlil etmək və aradan qaldırılması üçün fəaliyyət planları hazırlamaq.

·        Tədris şöbəsinin iş yükünü və insan resurslarına olan ehtiyacını müəyyən etmək, mövcud resursların səmərəli bölüşdürülməsi ilə bağlı qərarlar qəbul etmək.

·        Müəllim ehtiyacını proqnozlaşdırmaq, yeni qrupların açılması və mövcud qrupların dəyişməsi ilə əlaqədar müəllim resurslarının planlaşdırılmasını həyata keçirmək.

·        Qrupların doluluğu, tədris nəticələri, müəllim resursları və auditoriya imkanlarını nəzərə alaraq qrupların birləşdirilməsi, bölünməsi, bağlanması və ya yeni qrupların açılması ilə bağlı qərarlar qəbul etmək

·        Müəllimlərin fəaliyyət nəticələrini sistemli şəkildə təhlil etmək, yüksək və aşağı performans göstərən müəllimləri müəyyən etmək və nəticələrə uyğun inkişaf, dəstək və digər idarəetmə tədbirlərini müəyyənləşdirmək.

·        Müəllimlər üçün fərdi inkişaf ehtiyaclarını müəyyən etmək, inkişaf planlarını təsdiqləmək və həmin planların nəticələrini qiymətləndirmək.

·        Müəllimlərin işə qəbulu prosesində tədris şöbəsinin ehtiyaclarını müəyyən etmək, namizədlərin peşəkar uyğunluğunun qiymətləndirilməsində iştirak etmək və seçim üzrə rəy vermək.

·        Yeni müəllimlərin adaptasiya prosesinin strukturlaşdırılmasını təmin etmək və adaptasiya nəticələrini qiymətləndirmək.

·        Tədris şöbəsinin əməkdaşları arasında iş bölgüsünü aparmaq, iş yükünün balanslaşdırılmasını təmin etmək və prioritetləri müəyyən etmək.

·        Şöbə əməkdaşlarının fəaliyyət nəticələrini qiymətləndirmək, mütəmadi geribildirim vermək və inkişaf ehtiyaclarını müəyyən etmək.

·        Şöbə əməkdaşlarının KPI və digər fəaliyyət göstəricilərinin müəyyən edilmiş hədəflərə uyğun icrasını izləmək, nəticələri təhlil etmək və zəruri hallarda düzəldici tədbirlər görmək.

·        Tədris şöbəsində əməkdaşların fəaliyyətindən irəli gələn performans, intizam və iş bölgüsü məsələləri üzrə qərarlar qəbul etmək və zəruri hallarda rəhbərliyə təkliflər təqdim etmək.

·        Tələbə məmnuniyyəti üzrə göstəriciləri təhlil etmək, mənfi rəylərin əsas səbəblərini müəyyənləşdirmək və xidmət keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər hazırlamaq.

·        Tələbə, valideyn və müəllimlər arasında yaranan mürəkkəb və təkrarlanan münaqişələri idarə etmək və belə halların gələcəkdə qarşısının alınması üçün sistemli tədbirlər müəyyən etmək.

·        Tədris prosesinin nəticələrinə təsir edən digər struktur bölmələrindən asılı məsələləri müəyyən etmək, onların həlli üçün struktur bölmələr arasında koordinasiyanı təşkil etmək və nəticəni izləmək.

·        Tədris prosesində istifadə olunan platforma və sistemlər üzrə məlumatların düzgünlüyünü və tamlığını mütəmadi təhlil etmək, sistemlərdən istifadədə aşkar olunan problemlərin aradan qaldırılmasını təşkil etmək.

·        Tədris şöbəsinin fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə yeni proseslər, iş üsulları və idarəetmə mexanizmləri hazırlamaq və tətbiq etmək.

·        Tədris prosesində tətbiq olunan qayda və prosedurların effektivliyini mütəmadi qiymətləndirmək, zəruri dəyişikliklər üzrə təkliflər hazırlamaq.

·        Tədris nəticələrinin yaxşılaşdırılması məqsədilə müəllim, tələbə və digər aidiyyəti tərəflərdən əldə olunan məlumatlar əsasında inkişaf layihələri və təşəbbüsləri hazırlamaq və həyata keçirilməsini təşkil etmək.

·        Tədris şöbəsinin fəaliyyətində yarana biləcək riskləri əvvəlcədən müəyyən etmək, onların tələbə, müəllim və tədris prosesinə mümkün təsirini qiymətləndirmək və qarşısının alınması üzrə tədbirlər görmək.

·        Tədris şöbəsinin fəaliyyətinin davamlılığını təmin etmək məqsədilə əsas proseslər üzrə ehtiyat planları hazırlamaq və kritik hallarda operativ qərarlar qəbul etmək.

  

Bilməlidir

Tədris prosesinin təşkili, idarə olunması və keyfiyyətə nəzarət prinsiplərini;

Tədris və təqvim planlarının hazırlanması, tətbiqi və icrasına nəzarət qaydalarını;

Tədris proqramlarının təşkili və akademik planlaşdırma prinsiplərini;

Dərs strukturu, qiymətləndirmə sistemləri və istifadə olunan tədris metodologiyalarını;

Müəllimlərin fəaliyyətinin qiymətləndirilməsi, inkişaf etdirilməsi və motivasiya metodlarını;

Tələbə məmnuniyyətinin idarə olunması və müştəriyönümlü xidmət prinsiplərini;

Münaqişələrin idarə olunması və effektiv kommunikasiya üsullarını;

 

 İxtisas tələbləri

Ali təhsil (Pedaqogika, Təhsilin idarə olunması, Menecment, Psixologiya, Kompüter elmləri və ya digər uyğun ixtisas üzrə ali təhsil üstünlükdür);

Tədris sahəsində minimum 3 il, rəhbər vəzifədə minimum 1 il iş təcrübəsi üstünlükdür;

Tədris prosesinin planlaşdırılması və idarə olunması üzrə praktiki təcrübəyə malik olmalıdır;

Planlaşdırma, təşkilatçılıq, liderlik, qərarvermə və effektiv kommunikasiya bacarıqlarına malik olmalıdır;

Kompüterdən sərbəst istifadə bacarığına malik olmalıdır;

MS Office, Google Workspace proqramlarını və tədris platformalarını yüksək səviyyədə bilməlidir;

Azərbaycan və rus dillərini yaxşı səviyyədə bilməlidir, ingilis dilini bilməsi üstünlük hesab olunur. 

 

  • Daily56
  • Weekly56
  • Monthly307