· Tədris şöbəsinin fəaliyyət istiqamətlərini, prioritetlərini və iş planını müəyyən etmək, şöbənin fəaliyyətini şirkətin akademik məqsədlərinə uyğun təşkil etmək.
· Şöbənin illik, rüblük və aylıq fəaliyyət planlarını, həmçinin hesabatlarını hazırlamaq, əsas nəticə göstəricilərini müəyyən etmək və icrasını qiymətləndirmək.
· Tədris prosesinin nəticələrini tələbə sayı, qrupların doluluğu, davamiyyət, akademik göstəricilər, tələbə məmnuniyyəti, müəllim performansı və digər müəyyən edilmiş göstəricilər üzrə təhlil etmək.
· Tədris prosesində təkrarlanan problemləri və sistemli çatışmazlıqları müəyyən etmək, onların səbəblərini təhlil etmək və aradan qaldırılması üçün fəaliyyət planları hazırlamaq.
· Tədris şöbəsinin iş yükünü və insan resurslarına olan ehtiyacını müəyyən etmək, mövcud resursların səmərəli bölüşdürülməsi ilə bağlı qərarlar qəbul etmək.
· Müəllim ehtiyacını proqnozlaşdırmaq, yeni qrupların açılması və mövcud qrupların dəyişməsi ilə əlaqədar müəllim resurslarının planlaşdırılmasını həyata keçirmək.
· Qrupların doluluğu, tədris nəticələri, müəllim resursları və auditoriya imkanlarını nəzərə alaraq qrupların birləşdirilməsi, bölünməsi, bağlanması və ya yeni qrupların açılması ilə bağlı qərarlar qəbul etmək
· Müəllimlərin fəaliyyət nəticələrini sistemli şəkildə təhlil etmək, yüksək və aşağı performans göstərən müəllimləri müəyyən etmək və nəticələrə uyğun inkişaf, dəstək və digər idarəetmə tədbirlərini müəyyənləşdirmək.
· Müəllimlər üçün fərdi inkişaf ehtiyaclarını müəyyən etmək, inkişaf planlarını təsdiqləmək və həmin planların nəticələrini qiymətləndirmək.
· Müəllimlərin işə qəbulu prosesində tədris şöbəsinin ehtiyaclarını müəyyən etmək, namizədlərin peşəkar uyğunluğunun qiymətləndirilməsində iştirak etmək və seçim üzrə rəy vermək.
· Yeni müəllimlərin adaptasiya prosesinin strukturlaşdırılmasını təmin etmək və adaptasiya nəticələrini qiymətləndirmək.
· Tədris şöbəsinin əməkdaşları arasında iş bölgüsünü aparmaq, iş yükünün balanslaşdırılmasını təmin etmək və prioritetləri müəyyən etmək.
· Şöbə əməkdaşlarının fəaliyyət nəticələrini qiymətləndirmək, mütəmadi geribildirim vermək və inkişaf ehtiyaclarını müəyyən etmək.
· Şöbə əməkdaşlarının KPI və digər fəaliyyət göstəricilərinin müəyyən edilmiş hədəflərə uyğun icrasını izləmək, nəticələri təhlil etmək və zəruri hallarda düzəldici tədbirlər görmək.
· Tədris şöbəsində əməkdaşların fəaliyyətindən irəli gələn performans, intizam və iş bölgüsü məsələləri üzrə qərarlar qəbul etmək və zəruri hallarda rəhbərliyə təkliflər təqdim etmək.
· Tələbə məmnuniyyəti üzrə göstəriciləri təhlil etmək, mənfi rəylərin əsas səbəblərini müəyyənləşdirmək və xidmət keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər hazırlamaq.
· Tələbə, valideyn və müəllimlər arasında yaranan mürəkkəb və təkrarlanan münaqişələri idarə etmək və belə halların gələcəkdə qarşısının alınması üçün sistemli tədbirlər müəyyən etmək.
· Tədris prosesinin nəticələrinə təsir edən digər struktur bölmələrindən asılı məsələləri müəyyən etmək, onların həlli üçün struktur bölmələr arasında koordinasiyanı təşkil etmək və nəticəni izləmək.
· Tədris prosesində istifadə olunan platforma və sistemlər üzrə məlumatların düzgünlüyünü və tamlığını mütəmadi təhlil etmək, sistemlərdən istifadədə aşkar olunan problemlərin aradan qaldırılmasını təşkil etmək.
· Tədris şöbəsinin fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə yeni proseslər, iş üsulları və idarəetmə mexanizmləri hazırlamaq və tətbiq etmək.
· Tədris prosesində tətbiq olunan qayda və prosedurların effektivliyini mütəmadi qiymətləndirmək, zəruri dəyişikliklər üzrə təkliflər hazırlamaq.
· Tədris nəticələrinin yaxşılaşdırılması məqsədilə müəllim, tələbə və digər aidiyyəti tərəflərdən əldə olunan məlumatlar əsasında inkişaf layihələri və təşəbbüsləri hazırlamaq və həyata keçirilməsini təşkil etmək.
· Tədris şöbəsinin fəaliyyətində yarana biləcək riskləri əvvəlcədən müəyyən etmək, onların tələbə, müəllim və tədris prosesinə mümkün təsirini qiymətləndirmək və qarşısının alınması üzrə tədbirlər görmək.
· Tədris şöbəsinin fəaliyyətinin davamlılığını təmin etmək məqsədilə əsas proseslər üzrə ehtiyat planları hazırlamaq və kritik hallarda operativ qərarlar qəbul etmək.
Bilməlidir
Tədris prosesinin təşkili, idarə olunması və keyfiyyətə nəzarət prinsiplərini;
Tədris və təqvim planlarının hazırlanması, tətbiqi və icrasına nəzarət qaydalarını;
Tədris proqramlarının təşkili və akademik planlaşdırma prinsiplərini;
Dərs strukturu, qiymətləndirmə sistemləri və istifadə olunan tədris metodologiyalarını;
Müəllimlərin fəaliyyətinin qiymətləndirilməsi, inkişaf etdirilməsi və motivasiya metodlarını;
Tələbə məmnuniyyətinin idarə olunması və müştəriyönümlü xidmət prinsiplərini;
Münaqişələrin idarə olunması və effektiv kommunikasiya üsullarını;
İxtisas tələbləri
Ali təhsil (Pedaqogika, Təhsilin idarə olunması, Menecment, Psixologiya, Kompüter elmləri və ya digər uyğun ixtisas üzrə ali təhsil üstünlükdür);
Tədris sahəsində minimum 3 il, rəhbər vəzifədə minimum 1 il iş təcrübəsi üstünlükdür;
Tədris prosesinin planlaşdırılması və idarə olunması üzrə praktiki təcrübəyə malik olmalıdır;
Planlaşdırma, təşkilatçılıq, liderlik, qərarvermə və effektiv kommunikasiya bacarıqlarına malik olmalıdır;
Kompüterdən sərbəst istifadə bacarığına malik olmalıdır;
MS Office, Google Workspace proqramlarını və tədris platformalarını yüksək səviyyədə bilməlidir;
Azərbaycan və rus dillərini yaxşı səviyyədə bilməlidir, ingilis dilini bilməsi üstünlük hesab olunur.