Tələblər:
- Yükaşırma əməliyyatları üzrə minimum 1 il təcrübə ( Mütləqdir)
- Texnikanı idarə etmək üçün vəsiqə və ya sertifikat arzuolunandır.
Vəzifə borcları
- Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin (SƏTƏM) mühafizəsi qaydalarına riayət etmək;
- İstifadə etdiyi texnikanın istismarı üzrə təlimatların bütün tələblərinə şərtsiz riayət etmək;
- Əmək və istehsal intizamının, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarına riayət etmək;
- Texnikanı səliqəli idarə etmək və təmiz saxlamaq;
- Bilavasitə iş yerində təlimat alarkən mütləq həmin iş üzrə texnoloji xəritədə olan yükaşırma əməliyyatının yerinə yetirilməsi texnologiyası ilə tanış olmalıdırlar və bu sənədin tələblərinə əməl etmək;
- Yük maşınlarını, vaqonları, gəmiləri yükləmək və boşaltmaq;
- Növbə ərzində yükaşırma işlərinin aparılmasını bilavasitə iştirak etmək;
- Lazım olacaq yükaşırma avadanlıqları və mexanizmlərin takelaj anbarı və mexanizasiya şöbəsindən almalı, iş bitdikdən sonra isə geri qaytarmaq;
- Yükləyiciləri, digər maşınları və yükaşırma alət və avadanlıqların texniki sazlığına əmin olmaq, qüsur aşkar etdikdə növbə rəisinə məlumat vermək;
- Yükaşırma əməliyyatlarında yüklərin bağlamaq və açmaq;
- Daşınan yüklərin təhlükəsizliyi üçün yükləyici və kran operatorlarına işarələrin vermək;
- Yük maşınlarını, vaqonları, gəmiləri yükləmək və boşaltmaq;
- Dağılmış yüklərin yenidən yığmaq və yükləmək;
- Növbənin sonunda iş ərazisinin təmizləmək.
Əmək haqqı:
- Əmək haqqı namizədin bilik və bacarıqlarına, təcrübəsinə əsasən müsahibə zamanı təyin ediləcək.
- Texnika sürənlərə üstünlük veriləcək.
İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Ələt Limanı
Əlaqə +994125980208
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.