StoneMillers StoneMillers
  • 1.3K

StoneMillers

Tikinti layihələri üzrə Təcrübəçi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Tikinti layihələri üzrə Təcrübəçi

  • Deadline 10 Yanvar 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əsas vəzifələr: 

  • Tikinti və təmir layihələrinin planlaşdırılması və icrasında mühəndis və layihə rəhbərlərinə dəstək vermək.
  • Tikinti sahələrində gündəlik proseslərin izlənilməsi və hesabatların hazırlanması.
  • Layihə üzrə ölçü işlərində, material siyahılarının (BOQ) hazırlanmasında və təhlilində iştirak etmək.
  • Podratçılar, təchizatçılar və sahə komandaları ilə koordinasiya proseslərində layihə rəhbərinə yardım göstərmək.
  • Layihə sənədlərinin, planların, iş qrafiklərinin və texniki tələblərin hazırlanmasına və yenilənməsinə dəstək olmaq.
  • Tikinti keyfiyyətinin və təhlükəsizlik qaydalarının yerinə yetirilməsini izləməkdə iştirak etmək.
  • Stonemillers-in keyfiyyət standartlarına uyğun olaraq interyer və eksteryer layihələrinin reallaşdırılması prosesində dəstək vermək.
  • Sosial media üçün tikinti və layihə mövzularında maarifləndirici kontent hazırlanmasına kömək etmək 

Tələblər:

  • İnşaat mühəndisliyi, memarlıq, layihə idarəetməsi və ya əlaqəli sahədə təhsil alan tələbə olmaq.
  • Tikinti sahəsinə, dizayn və memarlıq proseslərinə maraq göstərmək.
  • Analitik düşünmə, dəqiqlik və məsuliyyətlilik.
  • Komanda ilə işləmə bacarığı və güclü ünsiyyət qabiliyyəti.
  • Microsoft Office proqramlarında (Excel, Word, PowerPoint) sərbəst işləmək.
  • AutoCAD, ArchiCAD və ya digər dizayn proqramlarında ilkin bilik üstünlükdür.
  • Ofisdə və sahədə tam iş rejimində işləmək imkanı.

Qazanacaqlarınız:

  • Real tikinti və təmir layihələrində iştirak etmək imkanı.
  • Peşəkar mühəndislər, memarlar və layihə menecerləri ilə birbaşa işləmək.
  • Praktiki təcrübə: ölçmə, material seçimi, iş qrafiki hazırlanması, podratçı koordinasiyası və s.
  • Tikinti proseslərinin başdan–sona dərk edilməsi: layihə, təchizat, montaj, təslim mərhələləri.
  • Stonemillers-in premium təmir və tikinti yanaşmasını praktiki olaraq öyrənmək.
  • İnşaat sahəsində gələcək karyera üçün vacib olan texniki və yumşaq bacarıqların inkişafı.
  • Layihə idarəetməsi və sahə nəzarəti üzrə baza biliklərinin əldə edilməsi.

Qeyd: 

  • Təcrübə proqramını uğurla tamamlayan namizədlər Stonemillers şirkətində əməkdaş kimi işə qəbul ediləcəklər.
  • Təcrübə uzunmüddətli nəzərdə tutulmuşdur. Qısa müddətli təcrübə axtaran şəxslərin müraciət etməməsi xahiş olunur.
  • Bakalavrın son kursunda oxuyan namizədlərə üstünlük veriləcək.

Təcrübə Detalları:

  • Müddət: 3–6 ay
  • Format: Tam iş rejimi
  • İş qrafiki: Bazar ertəsi – Cümə, 09:30–18:00
  • Məkan: Stonemillers MMC ofisi, Bakı, Azərbaycan
  • Təcrübə növü: Ödənişsiz

Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Tikinti layihələri üzrə Təcrübəçi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər:

  • Daily123
  • Weekly749
  • Monthly771