S Stonpey
  • 595

Stonpey

Digər

Mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mühasib

  • Deadline 24 Avqust 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Bank əməliyyatlarının aparılması, ödənişlərin zamanında və düzgün yerinə yetirilməsi;
  • Hesab-fakturaların və maliyyə sənədlərinin işlənilməsi;
  • Maliyyə əməliyyatlarının mühasibat proqramına daxil edilməsi;
  • Müvafiq maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi;
  • Müəssisənin 1C informasiya məlumat bazasına mühasibat uçotu məlumatlarını vaxtında və düzgün işlənilməsi;
  • Debitor və kreditor borclarına nəzarət;
  • Əmək haqqının, əmək məzuniyyətinin, xəstəlik müavinətinin, analıq məzuniyyətinin və digər ödənişlərin hesablanması;
  • Elektron-qaimə fakturaların (invoysların) hazırlanması və göndərilməsi;
  • Müəssənin fəaliyyətinə uyğun vergi hesabatlarının (DSMF, Statistika və.s) təqdim edilməsi;
  • Online kargüzarlıq sisteminin gündəlik yoxlanılması və dövlət orqanlarından gələn məktubların cavablandırılması;
  • Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması;
  • İlkin mühasibat sənədlərinin yoxlanılması və qanunvericiliyin tələblərinə tam uyğun olmasına nəzarət edir;
  • Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri, çəkilən xərcləri və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin edir;
  • Mühasibatlıq ilə bağlı digər tapşırıqların yerinə yetirilməsi;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək;

Tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə azı 2-3 il iş təcrübəsi;
  • Mühasibatlığa dair cari qanunvericilik (Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə) aktlarına dair bilik;
  • Maliyyə uçotu beynəlxalq standartları üzrə lazımi biliklərə malik olmaq;
  • Yaş: 25-35;
  • Dil bilikləri: Azərbaycan dili və İngilis dili (mütləq yaxşı səviyyədə, ödənişlər xarici vətəndaşlar tərəfindən oduğu üçün);
  • Kompüter bilikləri: MS Office və 1C mühasibatlıq proqramından istifadə bacarıqları;
  • Komandada işləmə bacarığı və yüksək ünsiyyət qabiliyyəti.

İş şəraiti:

  • İş günləri:Həftənin beş günü
  • İş saatı 9:00 -dan 18:00 -dək,
  • Əmək haqqı: NET 1000 AZN
  • İnşaatçılar metrosundan nəqliyyatla təmin olunur.

Uğyun namizədlərdən müraciət üçün CV-nizi mözvu yerinə “Mühasib” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Yalnız vakansiya tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily9
  • Weekly576
  • Monthly2289