Hazırda şirkətimizə İstehsal üzrə operator vakansiyası üzrə namizəd axtarılır.
İş yeri: Qaradağ rayonu, Qobustan qəsəbəsi (Quru qarışıqlar istehsalı)
Tələblər:
- Orta və ya peşə təhsili;
- Əlaqədar sahə üzrə azı 1 il iş təcrübəsi;
- Gecə növbəsi üçün uyğunluq;
- MS Office komputer proqramı üzrə bacarıqlar arzuolunandır;
- Yüksək məsuliyyət, dəqiqlik və iş intizamı.
Vəzifə və Öhdəliklər:
- Qarışdırıcı və qablaşdırma maşınlarının iş prinsipini bilmək və düzgün qaydada istismar etmək;
- Qarışdırıcı və qablaşdırma maşınlarını işə salmaq, idarə etmək və nəzarətdə saxlamaq;
- Avadanlıqların düzgün işləməsini təmin etmək, texniki nasazlıq olduqda müvafiq şəxslərə məlumat vermək;
- Məhsulun qablaşdırma və keyfiyyət standartlarına uyğun istehsalını təmin etmək;
- Müvafiq məhsul növünə uyğun materiallardan istifadə etmək (qutular, kisələr, paketlər, streç, etiketlər və s.);
- Qablaşdırılmış məhsulların keyfiyyətini yoxlamaq, vizual görünüş və ölçü standartlarına uyğunluğunu təmin etmək;
- Qüsurlu məhsulları ayırmaq və qeydiyyata almaq;
- İş yerini, avadanlıqları və ətraf mühiti təmiz və sanitariya qaydalarına uyğun saxlamaq;
- Növbə ərzində təmizlik işlərini aparmaq;
- Qablaşdırılmış məhsul miqdarını qeyd etmək və növbə jurnalında istehsalat hesabatını hazırlamaq;
- Növbənin idarə olunması;
- Ərazidə bina və tikililərində yaranmış qüsurlar barəsində rəhbərliyə məlumat vermək.
- Şirkət üzrə verilən əmr və sərəncamların, iş təlimatlarının və SƏTƏMM üzrə təlimatların tələblərinin yerinə yetirilməsi;
- İstehsal prosesi ilə bağlı növbə jurnalında qeydlər aparmaq və rəhbərliyə təqdim etmək;
- Ona həvalə olunmuş avadanlığın, cihazların, alətlərin və ləvazimatların saz və nizam vəziyyətdə saxlanılması və onların təhlükəsiz, texniki cəhətdən düzgün istismarı;
- İş yerində təhlükəsiz əmək şəraitinin təmin edilməsi və iş təlimatlarının tələblərinin yerinə yetirilməsi;
- Fərdi mühafizə vasitələrindən (FMV) düzgün istifadəsi;
- Daxili əmək intizamı qaydalarına riayət etmək;
- Fövqəladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təsdiqlənmiş təxliyyə planına uyğun hərəkət edilməsi;
- API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğun sənədlərin tətbiqi;
- Rəhbərliyin verdiyi digər tapşırıqların icrası.
CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.