Storm Solutions MMC Storm Solutions MMC
  • 216

Storm Solutions MMC

Sənaye

İstehsal üzrə operator

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İstehsal üzrə operator

  • Deadline 7 İyun 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Hazırda şirkətimizə İstehsal üzrə operator vakansiyası üzrə namizəd axtarılır.

İş yeri: Qaradağ rayonu, Qobustan qəsəbəsi (Quru qarışıqlar istehsalı)

Tələblər:

  • Orta və ya peşə təhsili;
  • Əlaqədar sahə üzrə azı 1 il iş təcrübəsi;
  • Gecə növbəsi üçün uyğunluq;
  • MS Office komputer proqramı üzrə bacarıqlar arzuolunandır;
  • Yüksək məsuliyyət, dəqiqlik və iş intizamı.

Vəzifə və Öhdəliklər:

  • Qarışdırıcı və qablaşdırma maşınlarının iş prinsipini bilmək və düzgün qaydada istismar etmək;
  • Qarışdırıcı və qablaşdırma maşınlarını işə salmaq, idarə etmək və nəzarətdə saxlamaq;
  • Avadanlıqların düzgün işləməsini təmin etmək, texniki nasazlıq olduqda müvafiq şəxslərə məlumat vermək;
  • Məhsulun qablaşdırma və keyfiyyət standartlarına uyğun istehsalını təmin etmək;
  • Müvafiq məhsul növünə uyğun materiallardan istifadə etmək (qutular, kisələr, paketlər, streç, etiketlər və s.);
  • Qablaşdırılmış məhsulların keyfiyyətini yoxlamaq, vizual görünüş və ölçü standartlarına uyğunluğunu təmin etmək;
  • Qüsurlu məhsulları ayırmaq və qeydiyyata almaq;
  • İş yerini, avadanlıqları və ətraf mühiti təmiz və sanitariya qaydalarına uyğun saxlamaq;
  • Növbə ərzində təmizlik işlərini aparmaq;
  • Qablaşdırılmış məhsul miqdarını qeyd etmək və növbə jurnalında istehsalat hesabatını hazırlamaq;
  • Növbənin idarə olunması;
  • Ərazidə bina və tikililərində yaranmış qüsurlar barəsində rəhbərliyə məlumat vermək.
  • Şirkət üzrə verilən əmr və sərəncamların, iş təlimatlarının və SƏTƏMM üzrə təlimatların tələblərinin yerinə yetirilməsi;
  • İstehsal prosesi ilə bağlı növbə jurnalında qeydlər aparmaq və rəhbərliyə təqdim etmək;
  • Ona həvalə olunmuş avadanlığın, cihazların, alətlərin və ləvazimatların saz və nizam vəziyyətdə saxlanılması və onların təhlükəsiz, texniki cəhətdən düzgün istismarı;
  • İş yerində təhlükəsiz əmək şəraitinin təmin edilməsi və iş təlimatlarının tələblərinin yerinə yetirilməsi;
  • Fərdi mühafizə vasitələrindən (FMV) düzgün istifadəsi;
  • Daxili əmək intizamı qaydalarına riayət etmək;
  • Fövqəladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təsdiqlənmiş təxliyyə planına uyğun hərəkət edilməsi;
  • API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğun sənədlərin tətbiqi;
  • Rəhbərliyin verdiyi digər tapşırıqların icrası.

CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

  • Daily0
  • Weekly305
  • Monthly305