S STP Advanced Technologies LLC
  • 691

STP Advanced Technologies LLC

Digər

Anbar operatoru

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Anbar operatoru

  • Deadline 15 İyun 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə Xülasəsi:

  • Anbar operatoru, anbar işinin təşkilindən və anbarın təmizliyindən məsuldur. O, anbarda saxlanılan bütün material və məhsullara, eləcə də, onların düzgün şəkildə saxlanmasına və ERP sistemdə qeydə alınmış miqdarda olmasına görə cavabdehdir. Anbar operatoru, həmçinin, təchizatçılardan anbara daxil olan materialların qəbulunu və onun satınalma tələbi formasında qeyd olunan tələblərə uyğunluğunu yoxlamağa məsuldur.

Əsas Vəzifə Öhdəlikləri:

  • Anbarın təmizliyini və səliqə-səhmanını qorumaq, materialların düzgün şəkildə saxlanmasını təmin etmək.
  • Təchizatçılardan anbara daxil olan material və malları qəbul etmək, müvafiq sənədləri və etiketləri yoxlayaraq onların satınalma tələbi formasında qeyd olunan tələblərə uyğunluğunu təsdiqləmək.
  • Anbara daxil olan materialları və məhsulları təyin olunmuş rəflər və konteynerlər üzrə qruplaşdırmaq və yerləşdirmək, onların potensial zədələnmədən yaxşı mühafizə olunduğuna əmin olmaq.
  • İstehsalatın planlanması şöbəsi tərəfindən verilən tapşırıqlar əsasında istehsalat sahəsinə materialların verilməsini təmin etmək.
  • MRB otağının idarə edilməsi - Anbara daxil olan materialların və məhsulların istifadəyə yararlılığını yoxlamaq və uyğunsuzluqlar barədə birbaşa rəhbərini məlumatlandırmaq.
  • ERP sistemindən istifadə edərək anbar qeydlərini və əməliyyatlarını izləmək.
  • Təhlükəsizlik qaydalarına əməl etmək və iş sahəsini təmiz və səliqəli saxlamaq.

Tələb Olunan Təcrübə və Bacarıqlar:

  • Orta təhsilli
  • MS Office proqramları ilə işləmək bacarığı
  • Forklift idarə etmək hüququnu təsdiq edən müvafiq diplom və ya sertifikatının olması mütləqdir.
  • Metallurgiya sənayesində iş təcrübəsi – üstünlükdür.
  • ERP sistemi barədə bilik və anlayışlara malik olması – üstünlükdür.
  • Logistika / anbar operatoru vəzifələrində 1ildən 3 ilədək iş təcrübəsi – üstünlükdür.
  • İngilis dili biliyi üstünlük sayılır(orta səviyyə danışıq

Tələb Olunan Bacarıqlar:

  • Tapşırıqların icrası zamanı detallara diqqət yetirmək.
  • İş mühitinin təhlükəsizlik və təmizlik prinsipinə riayət etmək.
  • Yaxşı səviyyədə ünsiyyət qurma və komanda şəklində işləmək bacarığı.
  • İstehsalat sahəsində təhlükəsizlik ilə bağlı qaydalara və prosedurlara riayət etmək.
  • Növbəli iş rejimində işləməyə hazır olmaq.
  • Əsas kompüter bacarıqlarına malik olmaq.

Əlavə məlumat:

  • İş qrafiki: 2 Növbəli iş qrafiki
  • Əmək haqqı: Müsahibə əsasında
  • İş yeri: Sumqayıt şəhəri 
  • Nahar , servis və forma şirkət tərəfindən verilir
  • Xaricdə təlim imkanları

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly677
  • Monthly2200