Əsas vəzifə öhdəlikləri:
- Yüksək təzyiqli buxar qazanlarının təhlükəsiz və fasiləsiz istismarını təmin etmək;
- Qazanların işə salınması, dayandırılması və iş rejiminin tənzimlənməsini həyata keçirmək;
- Su səviyyəsi, buxar təzyiqi və temperatur göstəricilərinə nəzarət etmək;
- Buxar istehlakı qrafikinə uyğun olaraq qazanların yükünü tənzimləmək;
- Növbə jurnalını aparmaq və texniki qeydləri vaxtında daxil etmək;
- Qaz sərfiyyatına və sayğac göstəricilərinə gündəlik nəzarət etmək;
- Qazanların, köməkçi mexanizmlərin və nəzarət-ölçü cihazlarının profilaktik baxışını keçirmək;
- Planlı təmir və texniki xidmət işlərində iştirak etmək;
- Qəza hallarında avadanlıqların təhlükəsiz dayandırılmasını təmin etmək və müvafiq tədbirlər görmək;
- İstehsalat sahəsində təmizlik, səliqə və təhlükəsizlik qaydalarına riayət etmək.
Tələblər:
- Qazanxana avadanlıqlarının iş prinsipləri üzrə biliklər;
- Nəzarət-ölçü cihazları və istilik texnikası sahəsində əsas biliklər;
- Nasoslar, elektrik mühərrikləri və su təmizləmə sistemləri üzrə anlayış;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını bilmək;
- İstehsalat müəssisələrində analoji vəzifədə iş təcrübəsi üstünlükdür.
Şirkət tərəfindən verilən imtiyazlar:
- Nahar;
- Könüllü tibbi sığorta;
- Servis nəqliyyatı.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.