S STP Alüminium
  • 401

STP Alüminium

Hidravlik çilingər

  • Deadline 14 May 2025

Namizədə olan tələblər:

  • Texnoloji təlimatı bilməlidir bilməli;
  • Çalışdığı avadanlığın iş prinsipini bilməli;
  • İstifadə etdiyi alətlərin növünü və təyinatını bilməli;
  • SƏTƏM qaydalarını bilməli;
  • Yanğından mühafizə qaydalarını bilməlidir vəzifələrin icra edilməməsi və ya lazımi səviyyədə ica edilməməsinə görə məsuliyyət daşımalı;
  • Xüsusi geyim və FMV-dən istifadə qaydalarına əməl etməli;

Ümumi vəzifə öhdəlikləri:

  • Avadanlıqların hidravlika hissəsinin fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanmasını təmin etmək;
  • Avadanlıqların hidravlika sahəsində baxış və profilaktik təmir işlərini təşkil etmək;
  • Hidravliki avadanlıqların təmirində, ehtiyat hissələrinin və materialların alınması üçün siyahıların hazırlanmasında iştirak etmək;
  • İstehsalat sahələrində olan hidravlik qurğuların və mexaniki avadanlıqların vaxtında və keyfiyyətli təmir olunmasını təşkil etmək;
  • Planlaşdırılmış qabaqlayıcı təmir qrafikinə əsasən hidravlik avadanlıqların təmirini həyata keçirmək;
  • Avadanlıqların vaxtından əvvəl sıradan çıxma səbəblərini aydınlaşdırmaq və onların aradan qaldırılması üçün tədbirləri həyata keçirmək;
  • Yağ nasoslarının təmizlənməsini və nasazlarının dəyişdirilməsini təmin etmək;
  • Hidravlik sistemləri verilən təzyiqə və yağ sərfiyyatına uyğun nizamlamaq;
  • Hidravlik sisteminin stabil işini təmin etmək;
  • Yağ və digər tutumları yağ və işçi mayelərlə doldurmaq;
  • Təkrar soyutma roliklərinin yağlanmasını təmin etmək;
  • Yağ filtrlərinin təmizlənməsini və yuyulmasını təmin etmək;
  • İşləyən avadanlıqların nəzarətsiz qalmamasını təmin etmək;
  • Dəzgahların hidravlika hissəsinin mexanizm və qovşaqlarının, iş avadanlıqlarının təmirini həyata keçirmək;
  • Təmir işləri zamanı əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına əməl etmək;
  • Bütün çatışmazlıqlar və pozuntular barədə tədbir görülməsi üçün sex rəisinə məlumat vermək;

Namizədə olan əlavə tələblər:

  • Məşğulluq növü - Tam ştat
  • Təcrübə tələbi - 1-3 il
  • Təhsil - Peşə təhsili
  • Ixtisas - Orta təhsil
  • Dil biliyi - İngilis dili-Zəif, Rus dili-Zəif
  • Komputer bacarıqları - Kompyuter bilik tələbi yoxdur
  • Əmək haqqı - Müsahibə əsasında təyin ediləcək.

Maraqlanan namizədlər Müraciət et butonunda qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily80
  • Weekly215
  • Monthly2143