Vəzifə və məsuliyyətlər:
- Satınalınmış xammalların (metal lövhələr,metal borular, künclüklər tavrlar, flanslar, anker boltlar elektrodlar, boya və s.) Material sorğusu və cizgi tələblərinə əsasən giriş nəzarətinin aparılması.
- Material sertifikatlarının yoxlanması, standart, cizgi və material spesifikasiyasına uyğunluğunun təyin edilməsi.
- Metal xammallara izlənəbilərlik nömrələrinin qeyd edilməsi və reyestrə salınması
- Kəsim planına əsasən anbardan xammalın çıxışına icazənin verilməsi
- Materialların istehsalatda dövriyyəsinin izlənməsi
- İş bitdikdən sonra layihədə istifadə edilmiş bütün material sertifikatlarının yığılıb təhvil verilməsi.
- Ştangenpərgarlar, mikrometrlər, kalibrlər və s. kimi ölçmə alətlərindən istifadə etmək bacarığı.
- Hesabatların yazılması və məhsulların çatışmazlıq və səhvlərinin sənədləşdirilməsi.
- Uyğunsuzuqların aşkarlanması və sənədləşdirilməsi
- Beynənxalq Standartların (QOST, EN, ASME, AWS və s.) tələblərinə uyğun işləmə bacarığı
Tələblər:
- Təhsil: Ali təhsil arzuolunandır
- Təcrübə: minimum 1 (bir) il
İş şəraiti:
- İş yeri: STP-AMZ, Sumqayıt şəhəri
- İş saatları: 08.00 – 17.00
CV-lərinizi Müraciət Et düyməsində qeyd edilən e-mailə göndərə bilərsiniz.