“STP-BTECH” MMC-nin əsas fəaliyyət istiqaməti Azərbaycan Respublikası ərazisində yol nişanlarının, baryerlərinin, istehsalı və quraşdırılması, o cümlədən yol xətləmə işlərinin aparılmasıdır.
Vəzifə öhdəlikləri:
- Ofis və iş sahələrində təmizliyin təşkilini təmin etməli və bu prosesə mütəmadi nəzarət etməli;
- Katerinq şirkəti ilə sıx əməkdaşlıq quraraq yemək xidmətlərinin keyfiyyətli və vaxtında təqdim olunmasını təmin etməli;
- Ofis və iş sahələrində yaranan təmir-bərpa ehtiyaclarını vaxtında müəyyənləşdirərək icrasını təmin etməli;
- Dövlət qurumları ilə səmərəli danışıqlar aparmalı və zəruri icazələrin alınmasını təmin etməli;
- Şirkət avtomobillərinin texniki vəziyyətinə nəzarət etməli, təmir və texniki xidmət proseslərini təşkil etməli;
- İnzibati xərcləri düzgün planlaşdırmalı və büdcə idarəçiliyini effektiv şəkildə həyata keçirməli;
- İnzibati işçi heyətini idarə etməli və işlərin koordinasiyasını təmin etməli;
- Əməyin təhlükəsizliyi qaydalarına tam uyğun şəkildə inzibati fəaliyyətləri həyata keçirməli.
Namizədə Tələblər:
- Ali təhsil (Biznesin İdarə Edilməsi, Menecment və ya Mühəndislik sahələri üzrə üstünlük verilir).
- İnzibati işlər sahəsində ən azı 3-5 il iş təcrübəsi.
- Təmizlik, katerinq və təmir işləri üzrə təcrübə
- Planlama, təşkilatçılıq və liderlik bacarığı.
- MS Office proqramlarında sərbəst işləmə bacarığı.
- Güclü ünsiyyət və komanda idarəetmə qabiliyyəti.
İş şəraiti:
- İş saatları: 09:00-17:00 (6 günlük)
- İş yeri: Binəqədi şossesi, 1-ci Mədən küçəsi
Biz nə təklif edirik:
- Tibbi sığorta
- Naharla təmin edilmə
- Rəqabətədavamlı əmək haqqı
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “İnzibati işlər üzrə menecer” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.