STP-BTECH STP-BTECH
  • 1.8K

STP-BTECH

IT

İnzibati işlər üzrə menecer

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İnzibati işlər üzrə menecer

  • Истекает 19 январь 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

“STP-BTECH” MMC-nin əsas fəaliyyət istiqaməti Azərbaycan Respublikası ərazisində yol nişanlarının, baryerlərinin, istehsalı və quraşdırılması, o cümlədən yol xətləmə işlərinin aparılmasıdır.

Vəzifə öhdəlikləri:

  • Ofis və iş sahələrində təmizliyin təşkilini təmin etməli və bu prosesə mütəmadi nəzarət etməli;
  • Katerinq şirkəti ilə sıx əməkdaşlıq quraraq yemək xidmətlərinin keyfiyyətli və vaxtında təqdim olunmasını təmin etməli;
  • Ofis və iş sahələrində yaranan təmir-bərpa ehtiyaclarını vaxtında müəyyənləşdirərək icrasını təmin etməli;
  • Dövlət qurumları ilə səmərəli danışıqlar aparmalı və zəruri icazələrin alınmasını təmin etməli;
  • Şirkət avtomobillərinin texniki vəziyyətinə nəzarət etməli, təmir və texniki xidmət proseslərini təşkil etməli;
  • İnzibati xərcləri düzgün planlaşdırmalı və büdcə idarəçiliyini effektiv şəkildə həyata keçirməli;
  • İnzibati işçi heyətini idarə etməli və işlərin koordinasiyasını təmin etməli;
  • Əməyin təhlükəsizliyi qaydalarına tam uyğun şəkildə inzibati fəaliyyətləri həyata keçirməli.

Namizədə Tələblər:

  • Ali təhsil (Biznesin İdarə Edilməsi, Menecment və ya Mühəndislik sahələri üzrə üstünlük verilir).
  • İnzibati işlər sahəsində ən azı 3-5 il iş təcrübəsi.
  • Təmizlik, katerinq və təmir işləri üzrə təcrübə 
  • Planlama, təşkilatçılıq və liderlik bacarığı.
  • MS Office proqramlarında sərbəst işləmə bacarığı.
  • Güclü ünsiyyət və komanda idarəetmə qabiliyyəti.

İş şəraiti: 

  • İş saatları: 09:00-17:00 (6 günlük)
  • İş yeri: Binəqədi şossesi, 1-ci Mədən küçəsi

Biz nə təklif edirik:

  • Tibbi sığorta
  • Naharla təmin edilmə
  • Rəqabətədavamlı əmək haqqı
  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “İnzibati işlər üzrə menecer” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly21
  • Monthly9