STP-BTECH MMC olaraq, biz davamlı materiallar, peşəkar layihələndirmə, müasir texnologiyalar və müntəzəm texniki xidmətlərə əsaslanaraq yüksək keyfiyyətli həllər təqdim edirik. Təcrübəmizə və innovasiyaya olan bağlılığımıza güvənərək, yol təhlükəsizliyi sahəsində ölkə üzrə aparıcı və etibarlı tərəfdaş olmağa çalışırıq.
Vəzifə Öhdəlikləri:
- Gündəlik görülmüş işlərin həcminə nəzarət etmək;
- Görülmüş işlərin miqdarını gündəlik olaraq yeniləmək və nəzarətdə saxlamaq;
- Görülmüş işlərlə bağlı statistika və analizlər aparmaq;
- Gündəlik aktların ərazidə imzalanmasını təmin etmək;
- “Forma 2” ilə işləmək;
- Layihələrin hazırlanmasında iştirak etmək;
- Layihə və aktlara nəzarət prosesini düzgün icra etmək
Namizədə Tələblər:
- Ali texniki təhsil (Memarlıq və nəqliyyat sahəsi üstünlükdür);
- Sahə üzrə 3 il iş təcrübəsi;
- Kompüter biliyi: AutoCAD; MS Office; - mütləq; 3D MAX, Photoshop;1C, Corel Draw, SPSS – üstünlükdür.
- Sürücülük vəsiqəsi: B kateqoriya
İş şəraiti:
- İş saatı: 09:00-17:00 (6 günlük);
- İş yeri: Binəqədi şossesi, 1-ci Mədən küçəsi 22 B.
- Ezamiyyələrdə iştirak etmək imkanı.
Biz nə təklif edirik:
- Tibbi sığorta;
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
- Naharla təmin edilmə;
- Nəqliyyatla təmin edilmə;
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Layihəçi” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.