“STP-BTECH” MMC-nin əsas fəaliyyət istiqaməti Azərbaycan Respublikası ərazisində yol nişanlarının, baryerlərinin, istehsalı və quraşdırılması, o cümlədən yol xətləmə işlərinin aparılmasıdır.
Vəzifə Öhdəlikləri:
- Avtomobillərin və hidravlik texnikaların təmirini, baxımını və təhlükəsiz şəkildə çalışmasını təmin etmək
- Mexaniki problemlərin növləri və onların yaranma səbəbləri aşkar etmək
- Maşın və ya hissələri zədələmədən təmir işlərini başa vurmaq
- Texniki baxış məqsədi ilə tələb olunan alət, avadanlıq və materialları müəyyən etmək və hazırlamaq
- İstismar zamanı avadanlıqlara qulluq və nəzarət etmək, sınaqlar keçirmək və işə yararlılığını müəyyən etmək
- Təmir – bərpa üzrə texniki işlərin təhlükəsiz yerinə yetirilməsini təşkil etmək
- Yağ və hava filtrlərinin dəyişdirilməsini təmin etmək
- Avtomobillərin avadanlıqları və qurğularını quraşdırmaq, tənzimləmək və yoxlamaq
- İş yerindəki prosedurlara uyğun olaraq alət və avadanlıqları saxlamaq
- Gündəlik görülən işlər barədə hesabatların təqdim olunması
- Təhlükəsizlik qaydaları və normalarına əməl etmək, fərdi mühafizə vasitələrindən istifadə etmək
- Əmanət edilmiş maddi, texniki vəsaitlərə və təqdim etdiyi hesabatların düzgünlüyünə cavabdehlik daşımaq
- Rəhbərlik tərəfindən verilən tapşırıqların icra edilməsi
Namizədə Tələblər:
- Sahə üzrə 3 il iş təcrübəsi.
- Səliqəli və dəqiq işləmə bacarığı.
İş şəraiti:
- İş saatları: 09:00-17:00 (6 günlük)
- İş yeri: Binəqədi şossesi, 1-ci Mədən küçəsi
Biz nə təklif edirik:
- Tibbi sığorta
- Naharla təmin edilmə
- Rəqabətədavamlı əmək haqqı
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Mexanik” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.