Vəzifə Öhdəlikləri:
- Şirkətin SƏTƏM siyasətinin formalaşdırılması, tətbiqi və inkişaf etdirilməsi.
- İşçilərin əməyin təhlükəsizliyi, sağlamlıq və ətraf mühit qaydaları ilə bağlı maarifləndirilməsi və təlimatlandırılması.
- Müvafiq SƏTƏM qanunvericiliyi və beynəlxalq standartlara (ISO 45001, ISO 14001) uyğunluğun təmin edilməsi.
- İş yerlərində təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət edilməsi və risklərin qiymətləndirilməsi.
- Qəzaların, hadisələrin və potensial təhlükəli halların araşdırılması, hesabatların hazırlanması və qabaqlayıcı tədbirlərin görülməsi.
- Şirkətin istehsalat və montaj sahələrində işçilərin fərdi mühafizə vasitələrindən düzgün istifadəsini təmin etmək.
- Dövri auditlərin və yoxlamaların keçirilməsi, müəyyən olunmuş çatışmazlıqların aradan qaldırılması üçün tədbirlərin görülməsi.
- Ətraf mühitin mühafizəsi üzrə tədbirlərin görülməsi və tullantıların idarə olunmasına nəzarət edilməsi.
Tələblər:
- Ali təhsil (Mühəndis, Əməyin Təhlükəsizliyi, Ekologiya və ya əlaqəli sahələr üzrə).
- SƏTƏM sahəsində ən azı 5 il iş təcrübəsi.
- ISO 45001, ISO 14001 və digər müvafiq SƏTƏM standartları üzrə biliklər.
- Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası qanunvericiliyi üzrə biliklər.
- Risklərin qiymətləndirilməsi və qəzaların araşdırılması sahəsində təcrübə.
- MS Office proqramlarını istifadə bacarığı.
- İngilis dilində yazılı və şifahi ünsiyyət bacarıqları
- Güclü liderlik, problem həll etmə və analitik düşünmə bacarıqları.
İş şəraiti:
- İş saatları: 09:00-17:00 (6 günlük)
- İş yeri: Binəqədi şossesi, 1-ci Mədən küçəsi
Biz nə təklif edirik:
- Tibbi sığorta
- Rəqabətədavamlı əmək haqqı
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması
- Naharla təmin edilmə
Müraciət qaydası:
Uyğun namizədlər elektron poçt vasitəsilə CV-lərini göndərə bilərlər. Mövzu hissəsində “SƏTƏM meneceri” yazmağınız xahiş olunur.