Anbardar

  • Истекает 28 август 2025

Özünə və peşəkarlığına güvənən, müvafiq sahədə təcrübəsi olan və tələblərə cavab verən namizədləri komandamıza qoşulmağa dəvət edirik.

Bizim üçün uyğun namizəd:

  • Müvafiq sahədə 3-5 il iş təcrübəsi;
  • Ali təhsil;
  • ERP (Logo Tiger) sistemində sərbəst işləmə bacarığı;
  • Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli;
  • Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
  • İşgüzar və məsuliyyətli olmalıdır.

Hansı işləri görəcəksiniz?

  • Xammal, mal və materialların qəbulu, sahələrə paylanması; 
  • Satın alınan əsas vəsaitlərin və invertarların məsul şəxslərə təhkim edilməsi;
  • Yarımfabrikatların, qeyri-hazır məhsulların və hazır məhsulların satışının, yüklənməsinin, satışdan və alışdan geri qaytarma əməliyyatlarının icrası;
  • Anbara qəbul olunan xammal və materiallar üçün təftiş sorğusunun hazırlanması, müvafiq cavabdeh bölmələrə göndərilməsi, xammal, materiallar istehsalata yararsız olduqda isə karantinə alınması və rəhbərliyə yazılı məlumat verilməsi;
  • Xarici satışlar zamanı yola salınacaq yüklərin lazımi sənədlərinin tərtib olunması;
  • İstifadəyə yararsız kabellərin aktının tərtibi və müvafiq sahəyə göndərilməsinin icrası;
  • İşlənmiş barabanların satınalmadan qəbulu, baraban bölmə əməliyyatının icrası;
  • Anbar sayımlarda iştirak edilməsi.

Nə əldə edəcəksiniz?

  • Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
  • Adekvat əmək haqqı; 
  • Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;

Əlavə məlumatlar:

  • Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
  • Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) təmin edilmə;
  • İş vaxtı - Növbəli;
  • İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Anbardar” yazaraq [email protected] email ünvanına və eyni zamanda https://stpcareer.com səhifəsinə daxil olmaqla  göndərilməsi xahiş olunur. 

  • Daily8
  • Weekly623
  • Monthly741