STP Global Cable STP Global Cable
  • 639

Baş mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Baş mühasib

  • Deadline 12 Fevral 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

“STP GLOBAL CABLE” MMC Maliyyə departamenti, Mühasibatlıq və xəzinədarlıq bölməsi üzrə “Baş mühasib” vakansiyası elan edir.

Özünə və peşəkarlığına güvənən, müvafiq sahədə təcrübəsi olan və tələblərə cavab verən namizədləri komandamıza qoşulmağa dəvət edirik.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli olmalı;
  • İstehsal sahəsi üzrə minimum 3-5 il iş təcrübəsinə malik;
  • PMS olması vacibdir;
  • ERP (Logo Tiger) sistemində sərbəst işləmə bacarığı;
  • Azərbaycan dilini sərbəst, ingilis və rus dilini yaxşı səviyyədə bilməli;
  • MS office proqramlarında yüksək səviyyədə işləmə bacarığına sahib;
  • İşgüzar və məsuliyyətli olmalı;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyətinə malik olmalıdır.

Hansı işləri görəcəksiniz:

  • Şirkətin mühasibat uçotunun mövcud qanunvericiliyə uyğun şəkildə təşkili və aparılması;
  • Maliyyə, vergi və statistika hesabatlarının hazırlanması və vaxtında təqdim edilməsi;
  • İstehsal uçotunun aparılmasına nəzarət; xammal və materialların uçotu istehsal xərclərinin formalaşdırılması hazır məhsulun (kabel və elektrik avadanlıqları) maya dəyərinin hesablanması
  • Anbar uçotunun düzgün aparılması və inventarizasiyaların təşkili;
  • Vergi öhdəliklərinin düzgün hesablanması və vergi risklərinin minimuma endirilməsi;
  • Bank əməliyyatları, ödənişlər və maliyyə axınlarına nəzarət;
  • Əsas vəsaitlərin və istehsal avadanlıqlarının uçotu və amortizasiya hesablamalarının aparılması;
  • Vergi məcəlləsini bilməli və rəsmi hesabtların təqdim edilməsi;
  • Mühasibatlıq şöbəsinin işinin təşkili və əməkdaşların koordinasiyası;
  • Müqavilələrin maliyyə baxımından yoxlanılması və nəzarəti;
  • Daxili nəzarət sisteminin yaradılması və maliyyə intizamının təmin edilməsi;
  • Daxili və xarici audit proseslərində iştirak;
  • Rəhbərliyə mütəmadi maliyyə hesabatlarının və analitik məlumatların təqdim edilməsi.

Nə əldə edəcəksiniz?

  • Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
  • Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi.

Əlavə məlumatlar

  • Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
  • Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) təmin edilmə;
  • İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00;
  • İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Baş mühasib” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və eyni zamanda https://stpcareer.com səhifəsinə daxil olmaqla  göndərilməsi xahiş olunur. 

  • Daily54
  • Weekly308
  • Monthly1095