STP Global Cable STP Global Cable
  • 894

Elektrik-quraşdırıcısı

  • Deadline 13 İyul 2025

“STP GLOBAL CABLE” MMC  Elektrik Avadanlıqları Zavoduna Elektrik-quraşdırıcısı vakansiyası elan edir.

Özünə və peşəkarlığına güvənən, müvafiq sahədə təcrübəsi olan və tələblərə cavab verən namizədləri komandamıza qoşulmağa dəvət edirik.

Bizim üçün uyğun namizəd:

  • Müvafiq sahədə 2 il iş təcrübəsi;
  • Ali vəya orta texniki təhsil;
  • Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli;
  • Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
  • İşgüzar və məsuliyyətli olmalıdır.

Hansı işləri görəcəksiniz?

  • Elektrik-quraşdırıcı yığıcı-çilingərlər tərəfindən hazırlanmış gövdələrin içərisində elektrik sxeminə uyğun olaraq bütün açarları və naqilləri hazırlayaraq birləşdirilir.
  • Açarlarda iş rejimlərinin sxemə uyğun olaraq kolibirləşməsini və sxemə uyğun qoşulma işlərini aparır. 
  • Yuvaların idarə etmə sxemlərində olan nasazlıqları tapıb aradan qaldırır.
  • Sınağa tam hazırlanan yuvaların bir daha cihaz vasitəsi ilə yoxladıqdan sonra sınaq üçün laborotoriyaya təhvil verilir.
  • İdarəetmənin elektrik sxemində olan nasazlıqları aşkar edir və aradan qaldırır və işə salma və açma aparatların dəyişdirilməsini həyata keçirir.
  • Yığma sahəsində olan avadanlıq və alətlərin təmizlənməsi, kolibrlənməsi və yağlanmasını aparır.

Nə əldə edəcəksiniz?

  • Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
  • Adekvat əmək haqqı; 
  • Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;

Əlavə məlumatlar:

  • Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
  • Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) təmin edilmə;
  • İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00;
  • İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Elektrik-quraşdırıcısı” yazaraq [email protected] mail ünvanına və eyni zamanda https://stpcareer.com səhifəsinə daxil olmaqla  göndərilməsi xahiş olunur. 

  • Daily136
  • Weekly694
  • Monthly1774