“STP GLOBAL CABLE” MMC Elektrik Avadanlıqları Zavoduna Elektrik-quraşdırıcısı vakansiyası elan edir.
Özünə və peşəkarlığına güvənən, müvafiq sahədə təcrübəsi olan və tələblərə cavab verən namizədləri komandamıza qoşulmağa dəvət edirik.
Bizim üçün uyğun namizəd:
- Müvafiq sahədə 2 il iş təcrübəsi;
- Ali vəya orta texniki təhsil;
- Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli;
- Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
- İşgüzar və məsuliyyətli olmalıdır.
Hansı işləri görəcəksiniz?
- Elektrik-quraşdırıcı yığıcı-çilingərlər tərəfindən hazırlanmış gövdələrin içərisində elektrik sxeminə uyğun olaraq bütün açarları və naqilləri hazırlayaraq birləşdirilir.
- Açarlarda iş rejimlərinin sxemə uyğun olaraq kolibirləşməsini və sxemə uyğun qoşulma işlərini aparır.
- Yuvaların idarə etmə sxemlərində olan nasazlıqları tapıb aradan qaldırır.
- Sınağa tam hazırlanan yuvaların bir daha cihaz vasitəsi ilə yoxladıqdan sonra sınaq üçün laborotoriyaya təhvil verilir.
- İdarəetmənin elektrik sxemində olan nasazlıqları aşkar edir və aradan qaldırır və işə salma və açma aparatların dəyişdirilməsini həyata keçirir.
- Yığma sahəsində olan avadanlıq və alətlərin təmizlənməsi, kolibrlənməsi və yağlanmasını aparır.
Nə əldə edəcəksiniz?
- Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
- Adekvat əmək haqqı;
- Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;
Əlavə məlumatlar:
- Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
- Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) təmin edilmə;
- İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00;
- İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Elektrik-quraşdırıcısı” yazaraq [email protected] mail ünvanına və eyni zamanda https://stpcareer.com səhifəsinə daxil olmaqla göndərilməsi xahiş olunur.